AZ / EN / RU
Təqdim olunacaq sənədlər
  • Ərizə forması (yükləyin);
  • Müvafiq qaydada leqallaşdırılmış (və ya Apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) – orta təhsil haqqında şəhadətnamənin (Bakalavr səviyyəsinə müraciət edənlər),   magistr və ya bakalavr diplomunun (MBA proqramına müraciət edənlər) ingilis və ya rus dilinə tərcümə və notarial qaydada təsdiq olunmuş surətləri  Müvafiq qaydada leqallaşdırılmış (və ya Apostil olunmuş) və keçdiyiniz fənlər üzrə aldığınız qiymətləri göstərən təhsil haqqında sənədin (akademik transkript) ingilis və ya rus dilinə tərcümə və notarial qaydada təsdiq olunmuş surətləri;
  • Ümumi sağlamlıq, eləcə də QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmamanız barədə arayış (ingilis/rus dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş);
  • Etibarlı sərhədkeçmə sənədi;
  • 3x4 ölçüdə 6 ədəd fotoşəkil;
  • IELTS 6.0 (hər 4 bölmə üzrə minimum 5.5 bal olmaqla) və ya TOEFL IBT 75 ballıq sertifikat (son iki il ərzində alınmış);
  • Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlər (mövcud olduğu təqdirdə);
  • Motivasiya məktubu;
  • Məhkumluq haqqında arayış (ingilis\rus dilllərinə tərcümə və notarial qaydada təsdiq olunmuş).
  • Ərizə formasını çap edib imzalayın, scan olunmuş versiyanı digər bütün sənədlərinizlə birlikdə müvafiq son müraciət tarixinə qədər admissions@bhos.edu.az  elektron ünvanına təqdim edin.

 

Qeyd: Sənədlərinizin elektron formatda qəbulu sizin BANM-in müvafiq proqramına qəbul olunmanız demək deyildir. Yalnız yuxarıdakı siyahıya uyğun olaraq təqdim olunmuş tam həcmli sənədlər nəzərdən keçiriləcək və bundan sonra seçilmiş şəxslərlə əlaqə saxlanılacaq və zərurət yaranarsa, onlarla müsahibə aparılacaqdır. Qəbulla bağlı müsbət qərar verildikdə, müvafiq sənədlər Azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq olunmalıdır (xərclər tələbə tərəfindən qarşılanmalıdır).