AZ / EN / RU
Qəbul şərtləri

Bakalavr ixtisasları üçün:

BANM-də “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarından birinə qəbul edilmiş əcnəbilər müvafiq kafedraların tələblərinə uyğun olaraq ixtisas üzrə ilkin biliklərə malik olmalıdır.

Bakalavr ixtisasları və MBA proqramı üçün:

BANM-də tədris ingilis dilində həyata keçirildiyi üçün tələbələrin ingilis dili üzrə müvafiq biliklərinin olması zəruridir.  İngilis dili ana dili olmayan əcnəbilər IELTS 6.0 (hər 4 bölmə üzrə minimum 5.5 bal olmaqla) və ya TOEFL IBT 75 ballıq sertifikatlarını (son iki il ərzində alınmış) təqdim etməlidirlər.