AZ / EN / RU
Viza və miqrasiya prosedurları

Azərbaycana təhsil məqsədi ilə gələn əcnəbi vətəndaşlar (vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin vətəndaşları istisna olmaqla (http://mfa.gov.az/en/content/189) Azərbaycanın müvafiq ölkədə akkreditə olunmuş səfirliyindən viza almalıdırlar. Tədrisdə geciklmələrə yol verməmək üçün viza üçün ən qısa zamanda müraciət etməyinizi tövsiyə edirik. Viza rəsmiləşdirilməsi üçün tələb olunan dəvət məktubu BANM tərəfindən sizə təqdim olunacaqdır. Viza rəsmiləşdirilməsi prosedurları və tələb olunan sənədlərin siyahısını əldə etmək üçün Azərbaycanın  ölkənizdə akkreditə olunmuş səfirliyinə müraciət etməlisiniz.

Əcnəbi tələbələr 3 aylıq etibarlılıq müddəti olan təhsil vizası almalıdırlar. Azərbaycana gəldikdən sonra siz 10 gün ərzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlisiniz.

Əgər yaşadığınız ölkədə Azərbaycanın müvafiq səfirliyi fəaliyyət göstərmirsə, bu halda sizin üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerləşən viza şöbəsində viza rəsmiləşdirilməsi aparıla bilər.

Vizanızın etibarlılıq müddətinin bitməsinə ən azı 1 ay qalmış siz Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək bir illik müvəqqəti yaşayış icazəsi almalısınız. Bu icazə BANM-də uğurla təhsil aldığınız müddətdə hər növbəti il bir il olmaqla uzadılacaqdır. Müvəqqəti yaşayış icazəsi sizə onun etibarlılıq müddəti ərzində Azərbaycandan çıxış və Azərbaycana vizasız giriş imkanı yaradır. Bu istiqamətdə sizə hərtərəfli dəstək göstəriləcəkdir.

Əlavə məlumat üçün https://www.migration.gov.az/home/booklet  internet səhifəsinə baxın.

Qeyd: Miqrasiya Xidmətindən müvəqqəti yaşayış icazəsinin alınması/uzadılması ilə bağlı tələb olunan müvafiq məbləğdə dövlət rüsumu Bax: http://migration.gov.az,  eləcə də sığorta xərcləri tələbənin özü tərəfindən ödənilir.