AZ / EN / RU
Əcnəbi tələbələrin qəbulu
Tez-tez verilən suallar

İxtisas üzrə necə qeydiyyatdan keçməli?

İnternet səhifəmizdə olan ərizə formasını doldurub bütün zəruri sənədlərlə birlikdə  international@bhos.edu.az  ünvanına göndərin.

 

Ödənişə nələr daxildir?

 Ödənişə illik təhsil haqqı\hazırlıq proqramı, əsas təlim-tədris materialları və yataqxanada yaşayış daxildir. Sizlərə tanışlıq və sosial proqramlarla bağlı da dəstək göstəriləcəkdir.

 

Nə kimi təminatlar verə bilərsiniz?

Ali Məktəbimizdə təhsilin yüksək keyfiyyətinin təminatını veririk.  BANM-də dövlət və prezident təqaüdünə layiq görülmüş tələbələr təhsil alır və bu, Ali Məktəbimizdə təhsil və tədrisin keyfiyyətinin daha bir göstəricisidir. Əmin ola bilərsiniz ki, burada sizdən rəsmi olaraq qeyd olunmuş təhsil haqqından əlavə heç bir məbləğ tələb olunmayacaqdır (miqrasiya və sağlamlıq sığortası xərcləri istisna olmaqla – tələbənin özü tərəfindən ödənilir)

 

Qəbul prosesi zamanı hansı mərhələlərdən keçməliyəm?

  1. Seçdiyiniz ixtisas üzrə qeydiyyatdan keçin (Ərizə formasını doldurun)
  2. Tələb olunan sənədləri ərizə forması ilə birgə bizə göndərin
  3. Təhsil haqqını ödəyin
  4. Qəbul haqqında məktubunuzu alın
  5. Viza üçün müraciət edin  (vizası gediş-gəliş rejimi tətbiq olunan ölkə vətəndaşları istisna olmaqla http://mfa.gov.az/en/content/189).
  6. Səfər tarixləri barədə Beynəlxalq əlaqələr şöbəsini məlumatlandırın.

 

BANM-ə gələrkən özümlə birgə hansı sənədləri gətirməliyəm?

Təqdim olunacaq sənədlər üçün bax: http://www.bhos.edu.az/en/page/134-spisok-dokumentov.  Bakıya gələrkən sənədlərinizin orijinalını və notarial qaydada təsdiq olunmuş surətlərini  təqdim etməlisiniz. 

 

Azərbaycanda təhsil almaq və yaşamaq nə dərəcədə təhlükəsizdir?

Azərbaycan yaşamaq və təhsil almaq üçün kifayət qədər təhlükəsiz ölkə hesab olunur.

Fövqəladə hallarda əlaqə vasitələri:

Yanğın xidməti 101

Polis 102

Təcili yardım 103

Fövqəladə hallar (SOS) 112

 

Qızım/oğlumu hava limanında qarşılayacaqsınızmı?

Bəli, əgər ehtiyac varsa, övladınızı hava limanında qarşılaya bilərik. Lakin bunun üçün səfərinizlə bağlı hər hansı dəyişiklik olduğu təqdirdə, bizi mütləq məlumatlandırmalısınız.  

 

Azərbaycanda yaşayış neçəyə başa gəlir?

Azərbaycanda orta aylıq yaşayış xərcləri Qərbi Avropa və ABŞ-la müqayisədə kifayət qədər aşağıdır.  Aylıq olaraq ərzaq, nəqliyyat və şəxsi gigiyena məhsullarına xərcləyəcəyiniz məbləğ 150 ABŞ dolları təşkil edə bilər. Əlavə xərclər isə hər bir şəxsin individual yaşayış tərzindən asılı olacaqdır.