AZ / EN / RU
İctimaiyyətlə Əlaqələr Şöbəsi

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsi Ali Məktəblə ictimaiyyət arasında, o cümlədən müxtəlif təşkilatlar, həmçinin Kütləvi İnformasiya Vasitələri (KİV) ilə əməkdaşlıqda qarşılıqlı və faydalı münasibətlərin qurulmasına xidmət edir. Bunun üçün, Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsi:

  • BANM-in veb səhifəsini dolğun və düzgün xəbərlərlə təmin edir;
  • Müasir şəbəkələrdə BANM-in səhifəsini yaradır, əməkdaşlar və tələbələrin aktiv şəkildə öz sosial səhifələrində mövcud xəbəri paylaşmasına dəstək olur;
  • Mütəmadi olaraq BANM haqqında məlumatların, keçirilən tədbirlərin, BANM rəhbərliyinin və professor-müəllim heyətinin ali təhsil müəssisəsi və digər mövzularda məqalələrinin yerli və xarici KİV-də işıqlandırılmasını həyata keçirir;
  • BANM haqqında video materialların, filmlərin, reklam çarxlarının, banerlərinin hazırlanması və ictimaiyyəti ali təhsil müəssisəsinin fəaliyyəti haqqında ətraflı məlumatlandırılması məqsədi ilə onların doğru və düzğün məkanda və zamanda işiqlandırmasını təmin edir;
  • BANM haqqında kiçik həcmli jurnallar və braşurlar hazırlayır;
  • BANM-in qəzet və jurnalını hazırlayır və paylanılmasını təmin edir;
  • Mütəmadi olaraq, şöbənin təşkilatçılığı ilə məktəblərdə, kurslarda abituriyentlərlə və valideynlərlə görüşlər keçirir, abituriyentlərin və valideyinlərin daha dolğun məlumat əldə etmələri məqsədi ilə məktəb direktorları və kurs rəhbərləri ilə görüşüb onların BANM-ə gəlişini təşkil edir.