AZ / EN / RU
Beynəlxalq Avtomatlaşdırma Cəmiyyəti (ISA)

Beynəlxalq avtomatlaşdırma cəmiyyəti müasir avtomatlaşdırmanın idarə edilməsi, mühafizəsi və kiber mühafizəsini inkişaf etdirmək üçün mühəndislik və texnologiyaya müraciət edən şəxslərə standartları təyin edən və nəzarət sistemləri sənaye və kritik infrastruktur üzrə istifadə olunan peşəkar qeyri-kommersiya assosiasiyasıdır. 1945-ci ildə yaradılan, dünya miqyasında 400000 müştərisi, 40000 üzvü olan İSA inkişaf edərək qlobal standartlar üçün geniş şəkildə istifadə olunur, sənaye mütəxəssislərinin sertifikatlaşdırılmasını, təhsil və təlimin təşkilini, kitabların və texniki məqalələrin çap olunmasını, konfrans və sərgilərə ev sahibliyi edilməsini, şəbəkələrin və karyera inkişaf proqramlarının hazırlanmasını təmin edir.

Texniki bölmələr

İSA-nın 17 texniki bölməsinin əsasının qoyulmasında məqsəd bölmələrin təbiətindən asılı olaraq Sənaye və Elmlər bölməsi və ya Avtomatlaşdırma və Texnologiyalar əsasında təşkil olunan avtomatlaşdırma sistem və cihaz sahələrinin seqmentlərinə fokus olaraq informasiya mübadiləsini artırmaqdır.

Avtomatlaşdırma və texnologiya departamentinin bölmələri

  • Analiz
  • Avtomatik nəzarət sistemi
  • Kompüter texnologiyası
  • İdarəetmə
  • Proses ölçmələri və nəzarət
  • Robotlar və ekspert sistemləri
  • Təhlükəsizlik
  • Uzaqdanölçmə və kommunikasiya
  • Test ölçmə

Sənayə və elmlər bölmələri

  • Aviasiya sənayesi
  • Neft və kimya sənayesi
  • Tikinti və dizayn
  • Qida və tibbi dərmanlar sənayesi
  • Mədən qazma və metal sənayesi
  • Enerji sənayesi
  • Paliqrafiya və kağız sənayesi
  • Su və çirkab su sənayesi

Sertifikatlaşdırma programları

İSA  2 sertifikatlaşdırma programını idarə edir:

  • Avtomatlaşdırma peşəkarlarının sertifikatlaşdırılması (CAP)
  • Nəzarət sistemləri texnikinin sertifikatlaşdırılması (CCST)

Texniki biliklərin, şəxsi peşəkar bacarıqların təsdiqlənməsi hər biri üçün obyektiv tərtib olunur. Yazılı imtahanda hər bir sertifikat peşəkar təcrübə, rəsmi təlim-tədrisin birləşməsi əsasında verilir.

CCST (Certified Control Systems Technician) programının əsası 1990-cı illərin əvvvəlində qoyulmuşdur. Hal-hazırda dünyada təqribən 4000 İSA sertifikatlı texnik var.

CAP (Certified Automation Professional) programı 2004-ci ildə başlandı və hələ də sənaye icmasının əsasının qoyulması və tanınmağa nail olmanın başlanğıcındadır.2012-ci ildə artıq dünyada CAP sertifikatlı mütəxəssislərin sayı 500-dən çox olmuşdur.

İSA-nın istifadə etdiyi 3-cü sertifikatlaşdırma proqramı Sənaye xidmət mexanika sertifikatlaşdırılmasının (CİMM) əsası 2004-cü ildə qoyulmuşdur. 2010-cu ildə CİMM programı  xidmət və etibarlılıq peşəkarları cəmiyyətinə köçürüldü və adı dəyişdirilərək Xidmət və etibarlılıq texniki sertifikatlaşdırılması (CMRT) olmuşdur.

 

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının beş nəfər əməkdaşı – kafedra müdiri Manafəddin Namazov, kafedranın əməkdaşları Nailə Allahverdiyeva, Leyla Muradxanlı, Elman Kərimli ve Abbas Əlili, o cümlədən BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov və Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov Beynəlxalq avtomatlaşdırma cəmiyyətinə üzv qəbul olunublar.