AZ / EN / RU
Əşyaların İnterneti

Əşyaların İnterneti nədir?

“Əşyaların İnterneti” sensorlarla və birlikdə işləmək üçün internetlə təmin olunmuş,bizim nə etdiyimizi bilən və avtomatik çalışıb bizim həyatımızı asanlaşdıran gündəlik cihazların nəhəng sistemidir. Çox sadə dildə desək, “Əşyaların İnterneti” real həyatın aspektlərini(temperatur, işıq, təzyiq, insanların və ya əşyaların varlığı yaxud yoxluğu və s.) hiss edə bilən və bu real həyat məlumatlarını emal edib buna görə hərəkət edə bilən cihazlar deməkdir. Bu elə bir sistemdir ki, İnternetə çıxışı olan bütün obyektlər  bir-biri ilə unikal tanışlıq və informasiyanı bir-birinə internet üzərindən ötürmək bacarığı ilə təmin olunublar. Yəni bu sistemdə insan-insan və ya insan-kompyuter əlaqəsinə ehtiyac olmur. “Əşyaların İnterneti”nə mobil telefonlar, kofe düzəltmə maşınları, paltar yuyan maşınlar, qulaqcıqlar, lampalar, geyilə bilən cihazlardan tutmuş bizim fikirləşə biləcəyimiz hər şey daxildir. Bu terminə həm də cihazların hissələri daxil ola bilər. Məsələn, bir təyyarənin mühərriki ve ya bir neft çıxartma qurğusu. Əgər hər hansısa bir cihaz və ya obyekt internetə qoşula bilirsə onu “Əşyaların İnterneti”nin bir hissəsi hesab etmək olar.

 

 

 

 

Qısaca Tarix

“Əşyaların İnterneti” ifadəsi çox vaxt Kevin Ashton adıyla yanaşı hallanır. O ilk dəfə bu ifadəni 1999-cu ildə Procter&Gamble şirkətindəki təqdimatında istifadə edib. Lakin 2009-cu ildə RFİD jurnalındakı məqalədən sonra bu ad daha çox məşhurluq tapıb. O həmin məqalədə deyirdi: “Yanılmış ola bilərəm, amma əminəm ki, “Əşyaların İnterneti” ifadəsi 1999-cu ildə Procter and Gamble şirkətində etdiyim təqdimatın başlığı olaraq yaranıb. P&G-nin təchizat zəncirində RFİD(Radio Frequency İdentification) ideyası ilə o vaxtın qaynar mövzusu olan İnterneti əlaqələndirmək maraq dairəsi yaratmaq üçün çox yaxşı üsul idi. Bu çox önəmli bir anlayışı yekunlaşdırırdı hansı ki, 10 il keçməsinə - “Əşyaların İnterneti”nin “Scientific American” jurnalında hər şeyin başlığı adlandırılmasından və Avropa Birliyində Konfrans adı olmasından sonra belə hələ də yanlış başa düşülə bilir.” Məqalənin ardını bu səhifədə oxuya bilərsiniz:

http://www.rfidjournal.com/articles/view?4986

 

 

Laboratoriyamız haqqında

Laboratoriyamızın fəaliyyəti “Əşyaların İnterneti” innovasiyalarının neft və qaz sənayesi, media, ətraf mühitin monitorinqi, infrastruktur və şəhər idarəetməsi, istehsalat müəssisələri, enerjinin effektiv idarəedilməsi, tibb, ağıllı ev və nəqliyyat sistemləri kimi sahələrdə tətbiqinə xidmət edir. Yuxarıda adları sadalanan sahələrdə innovativ tətbiqlərə nail olmaq üçün avtomatlaşdırma, elektronika, kommunikasiya şəbəkələri, mikrokontrollerlər, proqram təminatları, sensor və aktuatorlar kimi texniki vasitələrdən istifadə olunması nəzərdə tutulur. Həmçinin,məqsədimiz “Əşyaların İnterneti” ifadəsinin ölkəmizdə tanıdılması, təbliği, bu ifadəni tanıdaraq daha çox mühəndislərin bu işə cəlb edilməsidir.