
Elektron Tədris Şöbəsi
Administrativ Şöbələr
Rəhbərlik və İdarəetmə
Elektron Tədris Şöbəsi
Elektron Tədris Şöbəsinin (ETŞ) əsas fəaliyyəti aşağıda göstərilən işlərdən ibarətdir:
- Təhsil prosesində qabaqçıl informasiya texnologiyalarının tətbiqi:
- ixtisaslar üzrə xüsusi proqram təminatlarının yazılması və işlənməsi;
- tədris fənləri üzrə elektron dərsiklərinin hazırlanması;
- BANM-in iş və tədris prosesinin avtomatlaşdırılması;
- məsafədən tədris (distance learning);
- multimedia texnologiyaları (interaktiv lövhə, elektron tədris vəsaitləri);
- BANM-in veb-saytının yaradılması və texniki dəstəyi;
- BANM-in tələbə və əməkdaşlarının fərdi informasiya sistemi ilə təmin edilməsi.
- Tələbələr və tədris prosesi haqqında informasiya-məlumat sisteminin tətbiqi:
- tələbələrin dərs nəticələrinin toplanılması və elektron arxiv şəkilində saxlanılması;
- dərslərə davamiyyətin elektron qeydiyyatı;
- tədris planı və ixtisaslar üzrə elektron sənədlərin hazırlanması;
- dərs və imtahan cədvəllərin elektron variantının yaradılması;
- tədris prosesinə aid müxtəlif formalı hesabatların hazırlanması;
- valideyn üçün elektron nəzarət sistemi.
- BANM-dəki imtahanların:
- təşkilini təmin etmək (imtahan yerlərinin təyini, tələbələrin anonimliyinin qorunması - kodlaşdırma);
- nəticələrin yığılmasını, müvafiq şöbələr tərəfindən yoxlanılmasını təmin etmək, tələbələrə yekun nəticəni elan edilməsini təmin etmək.
- BANM-da mövcud olan bütün İKT avadanlığına texniki dəstək:
- cari dərs və imtahan zamanı siniflərdə olan texniki avadanlığın (kompüter, interaktiv lövhə, proyektor) işlək vəziyətini təmin etmək;
- tələbələrdə olan fərdi kompüterlərin (noutbuk və planşet) problemlərini (texniki və ya proqram təminatı) operativ şəkildə həlli;
- əməkdaşlarda hər bir İKT üzrə yaranan hər bir problemin operativ şəkildə həlli;
- BANM-in digər struktur bölmələrinin şöbənin səlahiyyətlərinə dair məsələlərə aid sorğularına və ehtiyaclarına cavab vermək.