AZ / EN / RU
Şirkətlər və təşkilatlar

BP şirkəti BANM-in ən sıx əməkdaşlıq etdiyi şirkətlərdəndir. BP ilə əməkdaşlıq 2013-cü ilin noyabr ayında başlanmış və ekspert təcrübəsinin tələbələrlə bölüşdürülməsi, Ali Məktəbimizin kitabxana fondunun zənginləşdirilməsi və tələbələr üçün praktik təcrübə imkanlarının yaradılması kimi bir çox geniş sahəni əhatə edir. Tədris ili ərzində şirkətin rəhbər heyəti və texniki mütəxəssisləri tələbələrimiz üçün müxtəlif mövzularda seminar və mühazirələr təşkil edir, eyni zamanda tələbələrimiz BP-nin müxtəlif istehsalat obyektlərində təcrübə keçməklə nəzəri biliklərini praktik təcrübə ilə zənginləşdirmək üçün imkanlar əldə etmiş olurlar.

 

Şirkət SOCAR və digər müvafiq dövlət qurumları ilə birgə Azərbaycanın neft-qaz sektorunda ixtisaslaşmış milli kadrlarının yetişdirilməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi məqsədi ilə uzun müddətli strategiya üzərində çalışır. Bu strategiyaya əsasən istər hökumət, istərsə də BP və onun tərəfdaşları layihə və əməliyyatlara cəlb olunmuş mütəxəssislərin azərbaycanlı mütəxəssislər olmasında maraqlıdır. Bu baxımdan BANM–lə BP arasındakı əməkdaşlıq müstəsna əhəmiyyətə malikdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Equinor şirkəti BANM-lə Norveçin elm və təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrin yaradılmasında əsas vasitəçidir. Bakı Ali Neft Məktəbi tələbələrinin şirkətin Azərbaycandakı və Norveçdəki müəssisələrində təcrübə keçmələrinin təşkil edilməsi barədə də ikitərəfli razılıq əldə olunmuşdur və gələcəkdə tələbələrimiz bu imkandan fəal şəkildə yararlana biləcəklər. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

TOTAL şirkətinin təcrübəli mütəxəssisləri tərəfindən müntəzəm olaraq Ali Məktəbimizin tələbələri üçün neftin və qazın çıxarılması, nəqli və emalı ilə əlaqəli mövzularda mühazirələr və treninqlərin təşkil olunur. Şirkət, həmçinin Ali Məktəbimizin yuxarı kurslarda təhsil alan tələbələri üçün tədris ili müddətində staj proqramlarının təşkilində də iştirak edir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Microsoft-Azərbaycan şirkəti ilə əməkdaşlığımızın aparıcı istiqamətlərindən biri 2014-2015-ci tədris ilində BANM-də Microsoft Akademiyası və Sertifikatlaşdırma mərkəzinin yaradılması oldu.  Bu Akademiyada təhsil alan tələbələr Essential (Baza kursu) və ya Advanced (Peşəkarlar üçün kurs) səviyyələrini seçə və ya hər iki istiqamətdə hazırlaşa bilərlər. Essential səviyyəsində masaüstü kompüterlər və noutbuklar üçün istifadə olunan Microsoft Office proqramlar paketi nəzərdə tutulur. Essential səviyyəsinin təlimindən sonra Microsoft Akademiyasının məzunları öz bacarıqlarını təsdiqləmək üçün Microsoft Office Specialist (MOS) beynəlxalq sertifikatını əldə edəcəklər.

Advanced səviyyəsi IT mütəxəssislərin hazırlığı üçün nəzərdə tutulmuş və masaüstü kompüterlər və noutbukların texniki dəstəyi, kompüter sistemlərinin, şəbəkələrinin və verilənlər bazalarının inzibatçılığı, müxtəlif mühitlərdə mürəkkəb proqram paketlərinin və verilənlər bazalarının hazırlanması istiqamətlərini əhatə edir. Əldə edilmiş biliklər əsasında tələbələr Microsoft Certified Professional (MCP) (Microsoft-un Peşəkarlıq Sertifikatı) beynəlxalq sertifikatını əldə edərək peşəkar səviyyədə karyera qura biləcəklər, həmçinin, Microsoft-un informasiya resurslarının Ali Məktəbin təhsil proqramına inteqrasiyası mümkün olacaqdır. Həmçinin, tələbə və müəllimlərimiz şirkətin lisenziyalı proqram təminatlarında istifadə hüququ əldə edirlər. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ali Məktəbimizdə tədrisin ilk ili ingilis dili və İKT üzrə hazırlıq proqramından ibarətdir. Nəticə etibarilə sonrakı illərdə təhsil də ingilis dilində aparılır və bu səbəbdən tələbələrin verilən materialları hərtərəfli mənimsəyə bilməsi və müxtəlif təlim-tədris resurslardan istifadə edə bilmələri üçün İngilis dilini bilməsi vacibdir.

Hazırlıq proqramının başa vurmuş tələbələrimizin beynəlxalq standartlara uyğun şəkildə İngilis dili səviyyələrinin müəyyən edilməsi üçün IELTS imtahanları təşkil olunur və British Council bu istiqamətdə bizim tərəfdaşımızdır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2016-cı ildə Ali Məktəbimizin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Fidan Quliyeva British Council tərəfindən keçirilən IELTS imtahanında iştirak edərək ən yüksək nəticəni göstərib. Fidan Quliyeva 9 ballıq qiymətləndirmə şkalası üzrə 8.5 ballıq nəticəni əldə edib.

 

 

 

DAAD-nin Bakı İnformasiya Mərkəzi "Şərqə Doğru" Proqramı çərçivəsində Ali Məktəbimizdə "Bakı qış məktəbi" layihəsi həyata keçirilmişdir. Layihədə Almaniyanın universitetlərində bakalavriat, magistratura və doktorantura proqramları üzrə təhsil alan 12 tələbəsi ilə iştirak edərək Azərbaycanın Enerji Siyasəti, Qlobal Neft Səyanesi, Neft və qaz quyularının qazılmasında tətbiq olunan yeniliklər və bərpaolunan enerji mənbələri mövzularında kurslar keçiblər. Layihə iştirakçılarının Azərbaycanın neft tarixi ilə daha yaxından tanış olması üçün Səngaçal Neft Terminalı, palçıq vulkanları, tarixi neft quyuları, neft muzeyi və s. bu kimi əhəmiyyətli məkanlara səfərlər təşkil edilmiş, proqramın sonunda iştirakçılara Bakı Ali Neft Məktəbinin sertifikatları təqdim edilmişdir. Bu il layihənin davamı olaraq "Bakı Yay Neft Məktəbi" keçiriləcəkdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hər il Halliburton şirkətinin mütəxəssisləri tələbələr üçün ixtisaslarına uyğun mövzular çərçivəsində çoxsaylı mühazirələr təşkil edir. Bununla yanaşı, tələbələrimiz şirkətdə ödənişli yay təcrübəsi keçir və istehsalat prosesləri ilə yaxından tanış ola bilirlər. Halliburton eyni zamanda BANM-də təşkil olunan Tələbə Elmi-Texniki Konfransının da fəal dəstəkçiləri sırasında yer alır və Ali Məktəbimizin aktiv tərəfdaşlarındadır. Bu isə öz növbəsində tələbələrin elmi-tədqiqata marağını artırmaqla yanaşı, onların tədqiqat və araşdırma bacarıqlarının inkişafını stimullaşdırır.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Emerson Process Management şirkəti Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək göstərən partnyorlardandır. Şirkət tədris üçün zəruri olan maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsində bizə dəstək olur, digər tərəfdaşlar kimi tələbələrimizin isteshalat təcrübəsinin təşkində aktiv rol oynayır. Eyni zamanda şirkət BANM-in yeni kampusunda müvafiq laboratoriyanın qurulmasına başlamışdır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əməkdaşlığın ümumi istiqamətlərində çalışmaqla yanaşı, şirkətlə neft-qaz mühəndisliyi ixtisasında geniş tətbiq olunan PETREL proqramının BANM-ə təmin edilməsi və müəllimlər üçün müvafiq təlimlərin keçirilməsi ilə bağlı müqavilə imzalanmışdır. Artıq sözügedən proqram təminatının tətbiqi ilə bağlı təlimlərə start verilmişdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ABB şirkəti Ali Məktəbimizin təlim-tədris prosesinə dəstək üçün yeni kampusda neftin çıxarılması prosesinin modelləşdirilməsi, analizi və proqnozlaşdırılması üzrə regionda ən böyük və ən güclü simulyasiya mərkəzi yaradır. Tələbələrimiz eyni zamanda şirkətin təcrübə proqramlarına da cəlb olunurlar. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

daha >>