AZ / EN / RU
Şirkətlər və təşkilatlar

Baş ofisi Vyetnamın Vunq Tau şəhərində yerləşən VIETSOVPETRO birgə müəssisəsi ölkənin 5-ci ən böyük şirkəti hesab olunur. 2015-ci ildə BANM-lə yaradılmış əməkdaşlıqda əsas məqsəd birgə müəssisənin mütəxəssisləri üçün BANM-də müxtəlif mövzular və ixtisaslar üzrə seminar, stajkeçmə, ixtisasartırma və yenidənhazırlanma kurslarının təşkili, müxtəlif problemlərin həli üçün elmi-tədqiqat işlərinin aparılması, birgə elmi, elmi-praktik, praktik-texnoloji seminar və konfransların təşkili, müxtəlif ölkəmiqyaslı və beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq və BANM-in seçilmiş tələbələri üçün birgə müəssisənin strukturlarında istehsalat təcrübəsinin təşkilidir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Baş ofisi Almaniyanın Düsseldorf şəhərində yerləşən E.ON şirkəti dünyanın aparıcı şirkətlərindəndir. Əsasən bərpaolunan enerji, enerji resurslarının axtarışı və istehsalı, qaz təchizatı, saxlanması və nəqli, enerji səmərəliliyi, texniki xidmətlər kimi sahələrdə ixtisaslaşmış şirkət gələcəkdə fəaliyyətini tamamilə bərpaolunan enerji resursları, enerji şəbəkələri və müştəri həlləri üzərində qurmağı planlaşdırır. Şirkətin Bakıdakı nümayəndəliyi ilə sıx şəkildə əməkdaşlıq nəticəsində Almaniyanın Axen Universitetində fəaliyyət göstərən E.ON Enerji Tədqiqat Mərkəzi ilə birgə BANM-də Bərpaolunan Enerji Mühəndisliyi üzrə Tədris və Tədqiqat Məkrəzi  yaradılmışdır. Artıq BANM-in yeni kampusunda Mərkəzin maddi texniki bazasının ən müasir standartlara uyğun qurulması istiqamətində iş aparılır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ali Məktəbimiz beynəlxalq şirkətlərlə yanaşı, eyni zamanda ölkəmizdə təsis edilmiş və beynəlxalq layihələrə fəal şəkildə cəlb olunmuş yerli şirkətlərlə də yaxından əməkdaşlıq edir və AVANDSİS QRUP bu şirkətlərdən biridir. İkitərəfli əməkdaşlığımız Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Artıq şirkətlə birə proseslərin avtomataşdırılmasının texniki vasitələri və onların nümunələr üzərində istifadəsinə dair laboratoriya qurulması istiqamətində işlər gedir.  

 

Tələbələr  şirkətdə təcrübə keçərək faktiki olaraq idarəetmə sistemlərini, onlarda istifadə olan cihaz və proqram təminatının istifadəsini öyrənmiş və konkret məsələlərin həlli üçün sistemləri layihəndirmişlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Schneider Electric BANM-in yeni əməkdaşlığa başladığı şirkətlərdəndir. Bununla belə, tələbələrimiz artıq şirkətin müəssisələrində istehsalat təcrübəsi keçiblər. Eyni zamanda şirkətin dəstəyi sayəsində ən müasir elektrik avadanlıqları, qoruyucular və s. kimi qurğulardan ibarət olan laboratoriya təchiz olunacaqdır.

28 iyun 2016-cı il tarixində Bakı Ali Neft Məktəbi (BANM) ilə “Schneider Electric” şirkətinin SOCAR-ın  rəhbər və mühəndis-texniki işçiləri üçün birgə təşkil etdiyi “İstehsalat təhlükəsizliyinin müasir standartları” mövzusunda 3 günlük seminar keçirildi. Seminarın 3 sessiyasında standartlarla bağlı təqdim edilən məruzələr müəssisə və təşkilatların istehsalat proseslərinin avtomatlaşdırılması, metrologiya, təhlükəsizlik texnikası, əmək və ətraf mühitin mühafizəsi, standartlaşdırma və bu sahələrdə layihələndirmə və tədqiqat işlərini həyata keçirən müxtəlif kateqoriyadan olan mütəxəssislər üçün nəzərdə tutulmuşdu. 

 

 

 

 

 

 

Baker Hughes Ali Məktəbimizin yeni partnyorları sırasında yer alır. Neft-qaz sektorunda fəaliyyət göstərən digər şirkətlərlə yanaşı, Baker Hughes şirkəti ilə əməkdaşlığımız da ümumi istiqamətləri əhatə edir və Ali Məktəbimizdə kadr hazırlığına dəstək məqsədini daşıyır.

 

 

 

SOCAR-ın Türkiyədə ən böyük sənaye kompleksi olan Petkim şirkətində Ali Məktəbimizin tədris ili ərzində təhsil göstəriciləri yüksək olan tələbələri üçün istehsalat təcrübəsi təşkil edilmişdir ki, bu da tələbələrimizin ilk beynəlxalq təcrübə praktikasıdır. BANM-in on tələbəsi Petkim şirkətində təcrübə keçərək orada istehsal prosesi ilə yaxından tanış olmuş, hər bir qurğunun işləmə prinsipləri, quruluşu, orada tətbiq edilən prosedurlar, xam maddələr, əsas və əlavə məhsullar haqqında məlumatlar əldə etmiş və beləliklə, tədris ili ərzində qazandığı biliklərin təcrübədə necə tətbiq olunduğunu əyani şəkildə öyrənə bilmişdilər. Bu təcrübənin ənənəvi olaraq hər il davam etdirilməsi nəzərdə tutulur. 

 

 

 

 

 

BANM və SAP Tədris və Elmi-tədqiqat məqsədi ilə proqram təminatına dair lisenziyanın verilməsi ilə bağlı müqavilə imzalamaqla əməkdaşlıq haqqında razılığa gəldilər. Bu müqavilə BANM-ə həm də professor-müəllim heyəti və tələbələr üçün təlimlərin keçirilməsini nəzərdə tutur. Gələcəkdə BANM-də həm də SAP proqram həlləri ilə inteqrə olunmuş təlim mərkəzinin yaradılması da nəzərdə tutulur.

 

 

 

 

 

BANM ABŞ-ın Turnitin şirkəti ilə  plagiatçılığın aşkarlanması və qarşısının alınması Xidmətinin Ali Məktəbdə tətbiq olunmasına dair əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu Xidmətdən dünyanın 140 ölkəsində 15.000-dən artıq təhsil müəssisəsi istifadə edir. Sistemin BANM-də tətbiqi tələbələrin elmi işlərinin müstəqil və məsuliyyətli şəkildə hazırlanmasında və tədris prosesinin təkmilləşdirilməsində vacib rol oynayır. 

 

 

daha >>