AZ / EN / RU
Tələbələrlə iş şöbəsi

Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsi (TİŞ) Ali Məktəbdə təhsil alan tələbə kontingenti üçün təşkilati, sosial və tərbiyəvi işin aparılmasını, tələbələr üçün qaydaların təqdimatlarını həyata keçirir. Valideynlərlə işin təşkili, rektorluğun tələbə və valideynlərlə koordinasiyası birbaşa şöbənin fəaliyyətinə aiddir. Bundan əlavə, müvəffəqiyyətli təhsilin əsası olan, nizam-intizam, davamiyyət, etik normalara riayət edilməsinə nəzarət, sağlam həyat tərzinin təbliği bilavasitə şöbənin funksiyalarındandır.

Tələbələrlə iş şöbəsi fəaliyyəti çəçivəsində BANM-in təbliği üçün tanıtım kampaniyalarını təşkil edir. Bizim şüarımız - səliqə, intizam, dəqiqlik, özünə, həmçinin Bakı Ali Neft Məktəbi(BANM) kollektivinin bütün üzvlərinə hörmət və ehtiramdır.

Şöbə, həmçinin, tələbələrə lazımi arayışların hazırlanması, tələbə müraciətlərinin rəsmi qaydada sənədləşdirilməsini təmin edir.

Şöbənin apardığı işin başlıca faktorlarından biri də, tələbələr arasında korporativ mədəniyyətin formalaşdırılması və qorunub saxlanılmasıdır. Bu baxımdan tələbələrin asudə vaxtının səmərəli təşkili daima diqqət mərkəzindədir.

Şöbənin əsas məqsədləri aşağıdakılardır:

  • Ali məktəbdə təhsil alan tələbələrin dünyagörüşlərinin zənginləşdirilməsi, tələbələr arasında sağlam düşüncə, özünə inam, vətənpərvərlik, tolerantlıq və dövlətçilik ideologiyasının təbliği.
  • Tələbələrin ali məktəb daxilində nizam-intizam qaydalarına əməl etməsinə nəzarət edilməsi.
  • Tələbə özünüidarəetmə strukturlarının formalaşdırılması və təşkilatların fəaliyyətlərinin təkmilləşdirilməsinə dəstək verilməsi.

Bu məqsədlərin həyata keçirilməsi üçün şöbənin əməkdaşları Ali Məktəbdə tələbə təşkilatlarının fəaliyyətinə dəstək verilməsi üçün səy göstərir, tələbələrin fərdi olaraq həyata keçirdikləri  layihələrin və  ideyalarının reallaşdırılmasında onlara köməklik edirlər.

BANM-in Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi kimi  tələbə özünü idarəetmə qurumları aktiv fəaliyyət göstərir. Həmin tələbə qurumlarının tərkibində müxtəlif tələbə klubları cəmləşmişdir:

  • İntellektual oyunlar klubu
  • Musiqi klubu
  • Debat klubu
  • Kino klubu
  • Şahmat klubu
  • Dama klubu