AZ / EN / RU
ISO

ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) beynəlxalq müstəqil qeyri-hökumət təşkilatı olub özündə 163 milli standartlaşdırma qurumunu birləşdirir. Üzvləri vasitəsi ilə təşkilat innovasiyalara dəstək olmaq və qlobal problemlər üçün həll variantları təklif etmək məqsədi ilə biliklərini bölüşən və könüllü, birgə razılıq əsasında əldə olunmuş  və  bazara uyğun beynəlxalq standartları işləyib hazırlayan ekspertləri bir araya toplayır. ISO tərəfindən texnologiyadan tutmuş qida təhlükəsizliyi, kənd təsərrüfatı və səhiyyəyə qədər, demək olar ki, bütün sahələri əhatə edən sahələr üzrə 21.000-dən artıq beynəlxalq standart və müvafiq sənədlər hazırlanmışdır.

Bakı Ali Neft Məktəbi Türk Standartları İnstitutunun (TSİ) ISO 9001 “Keyfiyyət idarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, ISO 10002 "Müştəri məmnuniyyəti - şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər" sertifikatlarını əldə etmişdir.