AZ / EN / RU
"Kimya mühəndisliyi" ixtisası üzrə təhsil alan tələbələrin Yay İstehsalat təcrübəsi

2015/2016-cı tədris ilində Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci, 2-ci, 3-cü və 4-cü kurs tələbələri Yay İstehsalat təcrübəsinə cəlb olunmuşlar.

Tələbələrin tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə hər il BANM-in tələbələri SOCAR-ın bütün idarə və istehsalat müəssisələrinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərə, həmçinin Türkiyənin “Petkim” Petrokimya Anonim Holding Şirkətinə istehsalat təcrübəsinə göndərilir. Qeyd edək ki, bu təcrübənin tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların təcrübəli kadr kimi yetişməsinə kömək edəcəyini təmin edir.

 

 

Tələbələr H.Əliyev adına Neft Emalı Zavodu, Azərikimya Etilen-Polietilen zavodu, Petkim Petrokimya Anonim Holding Şirkəti kimi yerlərdə təcrübə keçmək şansı əldə ediblər. Buna baxmayaraq, tələbələrin bir hissəsi “SOCAR AQŞ” MMC, “SOCAR Polymer” MMC və BP Exploration (Caspian Sea) Ltd”də yay istehsalat təcrübəsini keçirlər.

 

Xatırladaq ki, bu il BANM-nin "Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan I kurs tələbələrinin 48 nəfəri SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) “Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi”nə göndərilib. 50 nəfər II kurs, 13 nəfər III kurs, 17 nəfər isə IV kurs  tələbələri yay istehsalat təcrübəsi müddətində H.Əliyev adına Neft Emalı Zavodunun müxtəlif istehsalatlarında yay təcrübəsi keçirlər. Bu il bu ali təhsil ocağından Azərikimya Etilen-Polietilen zavoduna yay istehsalat təcrübəsinə göndəriləcək III və IV kurs tələbələrinin sayı 45 nəfərdir ki, onlardan da 5-i burada təcrübələrini tamamladıqdan sonra Türkiyənin energetika sektorunda mühüm yer tutan "Petkim Petrokimya Holding A.Ş.də təcrübələrini davam etdirəcəklər.

 

 

 

 

 

 

 

 

 

 

 

Təcrübə keçmək imkanı qazanan tələbələrin şanslıdırlar, çünki onların orada gedən iş prosesi ilə yaxından tanış olmaq, istismarda olan hər bir qurğunun avadanlığı, texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini öyrənmək və peşəkar mütəxəssislərlə işləmək kimi imkanları əldə etmiş olurlar.

 

 

Ötən ildən etibarən BANM və Petkim şirkəti arasında əldə olunan razılaşmaya əsasən, Ali Məktəbin seçilən tələbələri ildə bir dəfə olmaqla Petkim şirkətində yay istehsalat təcrübəsinə göndərilirlər. Bu il "Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin 23 nəfəri 18 iyul - 26 avqust tarixləri arasında bir ay müddətində bu şirkətdə istehsalat təcrübəsi keçəcəklər.

 

 

Məlumat üçün bildiririk ki, “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrdən “BP Exploration (Caspian Sea) Ltd”də 5 nəfər (IV kurs), “SOCAR AQŞ” MMC-də 2 tələbə (IV kurs) , “SOCAR Polymer” MMC-də 4 nəfər (IV kurs) təcrübə keçəcəklər.