AZ / EN / RU
Şirkətlər və təşkilatlar

Confidence Capital Group 1994-cü ildə təsis edilmişdir və bu gün MDB ölkələrində neft-qaz sektoru sahəsində beynəlxalq konfrans, seminar, texniki proqramlar və beynəlxalq işgüzar səfərlərin təşkilində aparıcı şirkətlərdəndir. Ali Məktəbimiz şirkətlə birgə Azərbaycanda müxtəlif növ beynəlxalq konfransları birgə təşkil etmişdir. Əlavə məlumat üçün bax:  http://www.bhos.edu.az/en/page/162-international-conference-on-renewable-energy-resources-southern-europe-caspian-sea-and-central-asia

 

 

Digər əməkdaş şirkətlərdən biri olan "Atendau" şirkəti evlərin intellektual idarəedilməsi üzrə və smart texnologiyası ilə təmin edən lider şirkətlərdən biridir. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr bu şirkətdə keçdikləri yay istehsalat təcrübəsi zamanı evlərin intellektual idarəedilməsində istifadə olunan müxtəlif proqram təminatlarının vasitəsilə müxtəlif obyektlər üçün tətbiqi proqramlar yazıblar.

 

 

Bakı Ali Neft Məktəbi İtaliyanın Maire Tecnimont Group şirkəti ilə əməkdaşlıq edir. Şirkət Ali Məktəbin tələbələri üçün uzun müddətli praktika imkanları yaradır, tələbələr şirkətin həm Bakıdakı ofisində, həm də Sumqayıtda tikinti sahələrində praktik təcrübə keçməklə həm, administrativ,  həm texniki səriştələrə yiyələnmək və onları təkmilləşdirmək imkanı əldə edəcəklər.

 

Maire Tecnimont Qrup ilə əməkdaşlıq çərçivəsində Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan beşinci kurs tələbələri Amail Məmmədova, Riyad Baxşiyev və Sənan İbrahimov şirkətdə təcrübə keçmək imkanı əldə etmişlər. Proqram zamanı tələbələr şirkətin müxtəlif şöbələrində texniki biliklərə yiyələnməklə yanaşı, real problemləri həll etməyi öyrənmiş, liderlik bacarıqları, kommunikasiya bacarıqları, müqavilələrin idarəolunması kimi istiqamətlərlə tanış olmuşdular.

Təcrübə uğurla başa çatdıqdan sonra tələbələrə şirkət tərəfindən sertifikatlar verilmişdir. 

 

 

 

 

 

 

 

 

Bakı Ali Neft Məktəbi Çinin ən böyük informasiya və kommunikasiya texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan Huawei şirkətinin Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığa başlamışdır. Əməkdaşlıq ali məktəbin tələbələrinin şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirakı, şirkətin xaricdən Azərbaycana gələn mütəxəssislərinin BANM-ın tələbələri üçün mühazirələr oxumasının təşkil olunması, tədris prosesində istifadə üçün Ali Məktəbin proqram təminatı ilə təchiz edilməsi, BANM məzunları üçün şirkətin müvafiq tələb və şərtləri çərçivəsində karyera imkanlarının yaradılması kimi sahələrini əhatə edəcək.