AZ / EN / RU
Kimya Mühəndisliyi Kafedrası

Bakı Ali Neft Məktəbində Kimya mühəndisliyi kafedrası 2013-cü ildə yaradılmışdır. Bu kafedrada tələbələr Heriot-Watt Universiteti (Böyük Britaniya) ilə birgə həyata keçirilən tədris proqramı əsasında "Kimya mühəndisi" ixtisası üzrə hazırlanır. Bu ixtisas üzrə magistraturaya və doktorantura pilləsinin yaradılmasıda nəzərdə tutulur.

Universitetinin qaydalarına müvafiq olaraq tədris proqramları çərçivəsində tələbələr istehsalat təcrübəyə neft-qazçıxarma idarələrinə göndərilir. Bu idarələrdə tələbələr xam neftin emal edilərək müxtəlif neft məhsullarına çevrilməsi proseslərini həyata keçirən qurğuların işi, orada gedən proseslər, texnoloji reqlamentlər, idarəetmə sistemləri, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi qaydaları haqqında məlumatlandırılır.

Kafedrada bir Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,bir professor, dörd dosent və bir baş müəllim fəaliyyət göstərir. Kafedranın əməkdaşları tərəfindən elmi-tədqiqat işləri də aparılır.

Hal-hazırda kafedrada bakalavr pilləsi üzrə 242 tələbə təhsil alır.