AZ / EN / RU
II Azərbaycan Elm Festivalı çərçivəsində Bakı Ali Neft Məktəbində keçirilən tədbir

31 oktyabr 2016-cı il tarixində Bakı Ali Neft Məktəbində II Azərbaycan Elm Festivalı çərçivəsində elmi-ədəbi-bədii  tədbir keçirilib. Rektor Elmar Qasımov tədbir iştirakçılarını salamlayaraq, elmin vacibliyini vurğulayıb. Rektor ulu öndər Heydər Əliyevin elmin inkişafına verdiyi dəstəkdən danışaraq prezident İlham Əliyevin də hər zaman elmin və elm adamlarının yanında olduğunu xatırladıb və qeyd edib ki, bu festival elmin inkişafına böyük təkan verəcək.

 

Tədbir çərçivəsində  BANM-in professoru Fuad Vəliyev, AMEA-nın Zoologiya İnstitutunun nümayəndəsi Elşad Əsgərov, FHN-nin Azərbaycan Dövlət Əməyinin Mühafizəsi və Texniki Təhlükəsizlik Elm-Tədqiqat İnstitutun direktoru Rüşdi Səfərov,BANM-in fəlsəfə doktoru Sənan Eminov və  “Kimya Mühəndisliyi”  ixtisasının V kurs tələbəsi, “İlin gənc tədqiqatçısı” müsabiqəsinin qalibi Nicat Qasımov çıxış ediblər. Tədbirin ədəbi-bədii hissəsində BANM-in tələbələri maraqlı ifaları və səhnəcikləri  ilə iştirakçıların zövqlərini oxşayıblar. Həmçinin əməkdaşların və tələbələrin əl işlərindən ibarət kiçik bir sərgi təşkil edilib.

 

Proqram