AZ / EN / RU
Tələbə elmi-texniki konfransları

BANM-də ənənəvi olaraq hər il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində tələbə elmi-texniki konfransları keçirilir. Konfransların keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramı nümayiş etdirmək, tələbələri elmi-fəaliyyətə cəlb etmək, elmi araşdirmalara maraq göstərən tələbələrə yaradici fəaliyyət üçün şərait yaratmaq, yüksəkixtisaslı tələbələrdə elmi fəaliyyətə  maraq oyatmaq, onların gələcəkdə peşəkar kadr kimi formalaşmalarına dəstək olmaqdır.