AZ / EN / RU
02 noyabr 2016-cı il "Schneider Electric" şirkətinin təşkil etdiyi SOCAR-ın struktur bölmələrinin əməkdaşları üçün seminar

“Schneider Electric” şirkətinin 02 noyabr 2016-cı il mütəxəssisləri tərəfindən  SOCAR-ın proseslərin avtomatlaşdırılması məsələləri ilə  məşğul olan struktur bölmələrinin əməkdaşları üçün seminar keçirilib. Seminarda BANM-in mütəxəssisləri və tələbələri də iştirak ediblər. Seminarda “Telemetriya, məsafədən SCADA və simsiz sensorlar” və “Neft və qaz sənayesi üçün Modicon M580 kontrollerlərin yeni nəsli” mövzularında məruzələr dinlənilib.

Seminarın açılış mərasimində BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov “Schneider Electric” şirkətinin nümayəndələrini, SOCAR-ın struktur bölmələrinin və istehsalat müəssisələrinin əməkdaşlarını Ali Məktəbin rəhbərliyi adından salamlayıb. Prorektor Ramiz Hümbətov bildirib ki, bu seminarlar BANM-də sözügedən şirkət tərəfindən ənənəvi olaraq keçirilir. O, Ömürboyu təhsil fakültəsinin perspektiv planında belə tədbirlərin mütəmadi olaraq təşkilinin nəzərdə tutulduğunu deyib. Ramiz Hümbətov seminarın iştirakçılarına və “Schneider Electric” şirkətinin ekspertlərinə uğurlar arzulayıb.

“Schneider Electric” şirkətinin Rusiyadan dəvət olunmuş ekspertləri - MDB ölkələri üzrə proseslərin avtomatlaşdırılması marketinqi və biznesin inkişafı üzrə menecer Natalia Nelsen, MDB ölkələri üzrə İD PAC məhsul meneceri Nikolay Sobol, baş texniki məsləhətçi Yuri Serebrennikov tərəfindən mühazirələr təqdim olunub və müzakirələr aparılıb.

Seminarda SOCAR-ın baş ofisindən,  “Azneft” İB-yi, “Neftqazelmitədqiqatlayihə”      İnstitutu, “Qaz İxrac” İdarəsi, İT və rabitə İdarəsi, “Azərsu” ASC-dən, S entra MMC-dən nümayəndələr iştirak ediblər.