AZ / EN / RU
İKT üzrə hazırlıq kursları

Bütün ixtisaslar üçün nəzərdə tutulmuş “Kompüter və İKT” və “Kompüterlərin mühəndislikdə tətbiqi” hazırlıq kursları BANM-də 2012/2013 tədris ilindən, yəni ali məktəbin yarandığı gündən “Kompüter və İKT” kafedrası bazasında yaradılmışdır.  Hal-hazırda kafedranın adı “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”dir.  Bu kursların tədris planları (Syllabus) İnformatikanın tədrisinin beynəlxalq normalarına uyğundur.

İnformatika fənninin orta təhsil məktəblərində birinci sinifdən başlayaraq tədris olunmasına baxmayaraq, qəbul olunmuş tələbələrin informatika biliklərinin səviyyəsi qənaətbəxş deyil. Buna görə də hazırlıq kurslarının yaradılmasına ehtiyac duyuldu. 

“Kompüter və İKT” kursu  informasiya anlayışı, informasiyanın ölçü vahidləri, say sistemləri, informasiyanın kodlaşdırılması, yaddaşda ədədlərin, səsin, mətnin və qrafiki informasiyanın saxlanılması, kompüterin arxitekturası, əməliyyat sistemi və ofis proqramlarını özündə cəmləyən proqram təminatı, kompüter şəbəkələri və digər mövzuları əhatə edir.

“Kompüterlərin mühəndislikdə tətbiqi” kursu tələbələrdə alqoritmik təfəkkür bacarıqlarının aşılanmasına yönəlmişdir.  Bu kurs çərçivəsində tələbələrə C dilində proqramlaşdırma və Matlab proqram paketi öyrədilir.

İlin birinci yarısında İKT-nın nəzəri bilikləri ilə yanaşı tələbələr Word mətn redaktorunu, EXCEL vasitəsi ilə elektron cədvəllərdə hesablamaların aparılmasını, ACCESS proqramı ilə verilənlər bazalarının yaradılmasını, VISIO proqramı əsasında kompüter qrafikasını  öyrənirlər.   

Hazırlıq kursları tələbələrin natiqlik bacarıqlarının inkişafına və onların dünyagörüşünün artırmasına gətirib çıxarır. Sərbəst işlərin yerinə yetirilməsi zamanı tələbələr poster, təqdimatlar və video dərslər hazırlayırlar.

Hazırlıq kurslarının bütün tələbələri dərs materialları ilə təchiz olunurlar. Dərs materiallarına BANM müəllimləri tərəfindən çap olunmuş dərsliklər, kurslarla bağlı əlavə kitablar, Power Point təqdimatları daxildir. Bütün bunlar tədris materiallarının daha yaxşı mənimsənilməsinə gətirib çıxarır. Hazırlıq kursundan başlayaraq tələbələr iri layihələrə və elmi-tədqiqat işlərində  işləməyə cəlb olunurlar. 

Hazırlıq kurslarının sonunda biliklərin qiymətləndirilməsi aralıq və final imtahanları və cari yoxlama tapşırıqları əsasında aparılır.  Hazırlıq kurslarının sonunda tələbələr İnternet vasitəsi ilə pul ödəmədən imtahan verib beynəlxalq CompTIA A+ sertifikatına nail ola bilərlər.

 BANM-da Microsoft IT Akademiya (indi Microsoft Image Academy) fəaliyyət göstərir. Akademiya haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz:  http://www.bhos.edu.az/az/news/49-microsoft-it-academy-was-established-at-bhos   

 

 

Bu kursların sonunda tələbələr Microsoft şirkətinin beynəlxalq sertifikatlarını alırlar. Belə ki, BANM Microsoft imtahanlarının verilməsi üçün Certiport şirkətinin test mərkəzi kimi təsdiqlənmişdir, tələbələr bu imtahanları BANM-da verə bilərlər.

BANM-da, həmçinin, Oracle Akademiyası fəaliyyat göstərir.

Tələbələrə lazım olan faydalı linklər:

  1. Visual Studio proqram paketinin pulsuz endirilməsi: https://www.visualstudio.com/ru/downloads/
  2. Onlayn İT kursları: https://www.udemy.com/
  3. Java, C#, Visual Basic, Net, Web Development, C, C++ üzrə onlayn kurslar

http://www.einstiensnetwork.com/courses.html?gclid=CjwKEAjwwOvABRC08aedoZ_lnTMSJACs_cbuO8YEky_cT5_udoBZ6FRrePsQx7M8X2EogLfk-bqsdBoCXeTw_wcB

  1. IBM Watson University http://www.ibm.com/watson/watson-university.html

       5.To become a member of IEEE Computer Society,  please go to the link: https://www.computer.org/