AZ / EN / RU
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş 3-cü tələbə elmi-texniki konfransı

            23 aprel 2015-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş 3-cü tələbə elmi-texniki konfransı keçirilmişdir. Konfransda 68 tələbə iştirak etmişdir. Tələbələrin təqdim etdikləri məruzələr konfransın “Reports theses” məruzələr toplusunda nəşr olunub. Konfransın Plenar iclasında 7 seçilmiş tələbənin daha sonra “Neft-qaz və Kimya Mühəndisliyi”, “Fizika və Riyaziyyat ” və «İnformasiya və Kommunikasiya Texnologiyaları” bölmələrində digər tələbələrin məruzələri dinlənilib. Konfransda maraqlı məruzələri ilə fərqlənmiş tələbələrə transmilli şirkətlər tərəfindən təqdim olunan həvəsləndirici mükafatlar, konfransın Təşkilat Komitəsinin  I və II dərəcəli diplomları və  məruzələr toplusu təqdim edilib.

 

Mükafatlandırılan tələbələr

Konfransın proqramı