AZ / EN / RU
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş 2-ci tələbə elmi-texniki konfransı

 BANM-də   23.05.2014-cü il tarixində “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş” 2-ci tələbə elmi-texniki konfrans təşkil olunub.            Konfransda 41 tələbə iştirak etmişdir. Tələbələrin təqdim etdikləri məruzələr konfransın “Reports theses” məruzələr toplusunda nəşr olunub. Konfransın Plenar iclasında 5 seçilmiş tələbənin məruzəsi dinlənilmiş və daha sonra “Neft-qaz və Kimya Mühəndisliyi”, “Fizika və Riyaziyyat ” və «İnformasiya və Kommunikasiya Texnologiyaları” bölmələrində tələbələrin məruzələri təqdim olunub. Konfransda maraqlı məruzələr təqdim etmiş tələbələrə BP, Statoil, Total, Schneider Electric, Schlumberger, Emerson Process Management, ABB və Avandsis Group şirkətləri tərəfindən həvəsləndirici mükafatlar təqdim olunub. 

 

Mükafatlandırılan tələbələr

Konfransın proqramı