AZ / EN / RU
İngilis dili və Humanitar fənlər Mərkəzi

Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənlər mərkəzi 2012-ci ildən fəaliyyət göstərməkdədir. Mərkəzin əsas missiyası qloballaşan dünyada Bakı Ali Neft Məktəbinin tələbələrinin dünya standartlarına cavab verə biləcək dil vərdişlərinin inkişaf etdirilməsindən ibarətdir. Mərkəzin yüksək ixtisaslı müəlllimləri xüsusi intensiv metodlardan istifadə etməklə, tələbələrə ən yüksək səviyyədə tədrisin çatdırılmasını təmin edirlər. Bakı Ali Neft məktəbində hər 3 proqramda (Neft-qaz Mühəndisliyi, Kimya Mühəndisliyi və Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi) tədris ingilis dilində olduğundan ixtisas təhsilinə başlamaq üçün tələbələr hazırlıq proqramını İELTS üzrə 6.0 və ya daha yüksək balla başa vurmalıdırlar. 

 

1-ci semestr

2-ci semestr

 Ümumi İngilis dili - 1  Ümumi İngilis dili - 2