AZ / EN / RU
Kimya mühəndisliyi

Qeyd olunan ixtisasda təhsil ingilis dilində və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun şəkildə aparılır. "Kimya mühəndisliyi" ixtisasında təhsil Heriot-Vatt Universitetinin tədris proqramı üzrə və bu universitetin mütəxəssislərinin iştirakı ilə aparılır.

İlkin olaraq tələbələrə elm və riyaziyyat sahəsində son illərdə tətbiq edilən başlıca anlayışlar öyrədilir, kimya mühəndisliyi üzrə ilkin biliklər tədris olunur.

Kimya mühəndisliyi ixtisası üzrə tədris prosesi tələbələrə həm daha geniş çərçivədə biliklərin aşılanması, həm də sənaye nöqteyi-nəzərindən müvafiq biliklərin öyrədilə bilməsi məqsədinə xidmət etmə baxımından təşkil olunur. Tələbələrin öyrəndikləri bilik və bacarıqları daha da təkmilləşdirə bilməsi məqsədi ilə tədris prosesinə müəssisələrə praktik səfərlər, kitabxana və laboratoriya layihələri, əlavə mühazirə materialları da daxil edilmişdir.

Bakı Ali Neft Məktəbinin qaydalarına müvafiq olaraq tədris proqramları çərçivəsində tələbələr müxtəlif müəssisələrə istehsalat təcrübəsinə göndərilir. Bu müəssisələrdə tələbələr xam neftin emal edilərək müxtəlif neft məhsullarına çevrilməsi proseslərini həyata keçirən qurğuların işi, orada gedən proseslər, texnoloji reqlamentlər, idarəetmə sistemləri, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi qaydaları haqqında məlumatlandırılır.

 “Kimya mühəndisliyi” ixtisasının tələbələri 2016-cı ildə aşağıdakı müəssisələrdə ödənişli və ödənişsiz əsaslarla istehsalat təcrübəsində olmuşlar:

Heydər Əliyev adına Neft Emalı Zavodu- 83 nəfər

“Azərikimya” İstehsalat Birliyi- 46 nəfər

“BP Exploration (Caspian Sea) Ltd”- 5 nəfər

 SOCAR Polymer LLC- 4 nəfər

“SOCAR-AQŞ” MMC- 2 nəfər

Eləcə də “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 23 nəfər Türkiyəyə “PETKİM Petrokimya Holding” Anonim Şirkətinin müəssisələrində istehsalat təcrübəsinə göndərilmişlər.