AZ / EN / RU
Neft-qaz mühəndisliyi

Təhsil ingilis dilində və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun şəkildə aparılır. Bakalavriat səviyyəsində "Neft-qaz mühəndisliyi" ixtisasında təhsil Heriot-Vatt Universitetinin tədris proqramı üzrə və bu universitetin mütəxəssislərinin iştirakı ilə aparılır.

Tələbələrə elm və riyaziyyat sahəsində son illərdə tətbiq edilən başlıca anlayışlar öyrədilir, neft-qaz mühəndisliyi üzrə mövzular mühazirələr, həmçinin praktik (tyutoriallar) və laboratoriya məşğələləri şəklində tədris olunur. İxtisas üzrə həyata keçirilən müxtəlif layihə və laboratoriya məşğələləri tələbələrə praktik təcrübə qazanmaq imkanı yaradır.

Mühəndis kadrlarının hazırlanmasında tələbələrə auditoriyalarda nəzəri biliklərin verilməsi ilə yanaşı onların müəssisələrdə real iş şəraitində texnologiyalarla tanışlığının və praktiki biliklərin əldə etməsinin vacibliyi nəzərə alınmışdır. Bu qaydalara müvafiq olaraq tədris proqramları çərçivəsində tələbələr müxtəlif müəssisələrə istehsalat təcrübəsinə göndərilir.

“Neft-qaz mühəndisliyi” ixtisasının tələbələri 2016-cı ildə qeyd olunan neft-qazçıxarma idarələrində və digər şirkətlərdə ödənişli və ödənişsiz əsaslarla istehsalat təcrübəsi keçiblər:

Neft daşları - 25 nəfər

Bibiheybət- 15 nəfər

28 May - 27 nəfər

Ə.Əmirov adına -18 nəfər

H.Z.Tağıyev adına - 22 nəfər

Abşeronneft - 22 nəfər

“BP Exploration (Caspian Sea) Ltd”- 11 nəfər

     “SOCAR UPSTREAM Management International” MMC- 7 nəfər

“SOCAR-AQŞ” MMC- 1 nəfər

 SOCAR Polymer LLC- 1 nəfər