AZ / EN / RU
Proseslərin avtomatlaşdırılması mühəndisliyi

"Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə mütəxəssis hazırlığı Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğunlaşdırılmış tədris proqramı üzrə aparılır. Təhsil ingilis dilindədir.

“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının tələbələri ardıcıl olaraq “Schneider Electric” şirkətinin, “AVANDSİS GROUP”, “ATENAU”, “Emerson”, “Nəzarət-ölçmə Cihazları və Avtomatika” məhdud məsuliyyətli cəmiyyətlərin strukturlarında, eləcə də “BP Exploration (Caspian Sea) Ltd”-də (1 nəfər) istehsalat təcrübəsi keçirlər.      

 2016-cı ildə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3 tələbəsi Türkiyəyə “PETKİM Petrokimya Holding” Anonim Şirkətinin müəssisələrində istehsalat təcrübəsinə göndərilmişlər.

  Eləcə də, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndsiliyi” ixtisası üzrə təhsil alan 2-ci və 3-cü kurs tələbələri üçün Qəbələ şəhərində yerləşən “Gilan Qida şəhərciyi”nə texniki səfər təşkil edilibdir. Texniki səfər zamanı tələbələr “Gilan Qida şəhərciyi”nin nəzdində olan konserv zavodu, sərinləşdirici içkilərin istehsalı üzrə müəssisə və kartof çipslərinin istehsalı üzrə zavodda olublar. Səfərdə tələbələrə zavodun fəaliyyəti və istehsalat xətlərinin işi barədə ətraflı məlumat verilib.