AZ / EN / RU
Tələbələrin H.Əliyev adına Neft Emalı Zavoduna səfərləri

2016/2017-ci tədris ilində BANM-də tədris olunan “Emal sənayeləri A” fənnindən tədris proqramı çərçivəsində “Kimya mühəndisliyi” və “Neft-qaz mühəndisliyi” ixtisası olan 2-ci kurs tələbələri tanışlıq məqsədilə hər həftənin şənbə günləri payız semestr ərzində SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna səfərləri davam edir.           

Qeyd etmək lazımdır ki, hər tələbə bu müddət ərzində zavoda bir dəfə səfər edir. Tanışlıq səfərdən sonra tələbələr individual olaraq zavod haqqında hesabat təqdim edirlər.

Tanışlıq səfərinin məqsədi yuxarıda qeyd edilən kafedraların tələbələrinin distillə və separasiya qurğularının, texnoloji reqlamentlərin, proseslərin idarə edilməsinin öyrənilməsi, kompressor qurğularının işi, idarəetmə sistemləri, köməkçi təsərrüfatlar və sistemlər, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinə bələd olmalıdırlar.