AZ / EN / RU
Mühəndislik laboratoriyaları

BANM-in “Kimya mühəndisliyi“ ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələrinin “Separasiya prosesləri A”, “Separasiya prosesləri B” və “Kimyəvi reaksiyalar üzrə mühəndislik” kurslarının laboratoriya dərslərinin tədrisində “GUNT” (Almaniya) firmasından əldə olunan mühəndislik avadanlıqları istifadə olunur.

 

Flow through packed column

Bu avadanlıq vasitəsi ilə kolonun hidravlik xüsusiyyətləri araşdırılır. Funksiyası maye və qaz arasındakı kütlə daşınmasına əsaslanır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Diffusion in liquid and gas

Bu avadanlıq vasitəsi ilə maye və qazların diffuziya əmsalı təyin edilir. Maye və qazlarda gedən diffuziya prosesində uyğun olaraq qatı duz məhlulu və yüksək uçucu həlledici istifadə olunur.

 

 

 

 

 

 

Continuous rectification

Bu avadanlıq maye qarışıqların onların uçuculuq qabiliyyətindən asılı olaraq termal olaraq ayrılmasına imkan verir. Təcrübə zamanı su və etanol arasında gedən kütlə daşınması araşdırılır.

 

 
 
 
 
 
 
 
 
 
 
 

Liquid-liquid extraction

Bu avadanlıq ekstraksiya prosesini öyrənmək üçün istifadə olunur. Təcrübə zamanı bir komponentin iki komponentli maye qarışığından ayrılması müşahidə olunur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Reverse osmosis

Bu avadanlıq membran üsülu ilə ayrılma prosesinə əsaslanaraq üzvi və qeyri-üzvi maddələrin sudan ayrılması üçün istifadə olunur. Əks osmos membran üsulu ilə ayrılma növlərindən biridir və tətbiqlərindən biri də dəniz suyunun duzsuzlaşdırılmasıdır.

 

 

 

 

 

Modular System for Chemical Process Engineering

Bu avadanlıq dörd əsas növ kimyəvi reaktorlar arasındakı fərqləri nümayiş etdirmək üçün istifadə olunur. Təcrübənin məqsədi reaktorun növündən, komponentlərin reaktorda qalma müddətindən, temperaturdan və qatılıqdan asılı olaraq konversiyanı təyin etməkdir.

 

 

Condensation Process

Bu avadanlıq soyudulmuş borular üzərində kondensasiya prosesini müşahidə etməyə imkan verir. Xüsusilə, kondensasiyanın müxtəlif növləri; damcı şəkilli və lay kondensləşmə nümayiş etdirilə bilər. Bundan başqa təzyiq, temperatur və hava tərkibinin kondensasiya prosesinə təsiri təcrübi olaraq araşdırıla bilər.

 

 

 

 

Control of four variables from Process Engineering

Bu avadanlıq elektron sənaye nəzarətçisi ilə idarə oluna bilən ümumi olaraq dörd müxtəlif idarə sistemi təklif edir. İdarə oluna bilən dəyişənlər temperatur, səviyyə, axın və təzyiqdir.

 

 

 

 

Gas absorption

Bu avadanlıq həlledicidən istifadə edərək bir komponenti iki komponentli qaz qarışığından ayırmaq üçün istifadə olunur. Buraya iki proses daxildir: absorbsiya və desorbsiya.