AZ / EN / RU
Neft və qaz mühəndisliyi

Neft və qaz sənayesi daima inkişaf etməkdədir və bu səbəbdən hər ikisi inkişaf edən və inkişafda olan bölgələrin iqtisadiyyatına töhfə verən vasitə kimi qəbul olunur və belə qəbul olunması gözlənilir, çünki bu sənaye nəinki yeni neft və qaz yataqlarının tapılması, həmçinin yeni, daha təhlükəsiz və sərfəli enerji hasil edən mənbələrin tapılması istiqamətində davamlı tələblə daha böyük stimul alır. Dünyanın müxtəlif regionlarında tədqiqat işləri nəticəsində başlıca neft və qaz yataqlarının tapılması davam etsə də, onlardan istifadə getdikcə daha da çətinləşir və daha effektiv  istismar və təchizat üçün mürəkkəb texnoloji həllərin olmasını tələb edir. Bundan əlavə, hazırkı qurğuların böyük həcmdə və getdikcə artmaqda olan istismar xərcləri müvafiq sektoru neft-qaz qurğularına aid dörd istiqamətdə (dəniz, quru, su altı və borular) əməliyyatları idarə edə biləcək və təkmilləşmə işlərini apara biləcək yüksəkixtisaslı mühəndislərin axtarılmasına məcbur edir.

Bir çox müxtəlif fənlər tədris olunur və bunlar sizi neft və qaz sahəsi üzrə mütəxəssis hazırlığı ilə təmin edəcək və sizlərə sənayedə neft və qaz mühəndisliyi ilə bağlı problemlərin və mürəkkəb məsələlərin həlli, eləcə də səmərəliliyin daha da artırılması məqsədi ilə mövcud  proseslərin optimallaşdırılması üçün tələb olunan nəzəri və praktiki biliklərin və vərdişlərin əldə olunmasına kömək edəcək.

Bu sənayenin qloballığı məzunlara beynəlxalq səviyyədə hədsiz dərəcədə geniş karyera imkanları da yaradır. Bu proqram sizə milli və beynəlxalq neft və qaz şirkətlərində və konsaltinq xidməti göstərən müəssisələrdə geniş peşəkar imkanlardan bəhrələnmək üçün zəruri olan biliklərin və bacarıqların qazanılmasına imkan yaradacaq şəkildə işlənib hazırlanmışdır.

Hazırkı proqram sənaye ekspertləri ilə birgə hazırlanıb və onun məqsədi neft-qaz sənayesində uğurlu karyera qurmaq üçün sizi təhlil və yaradıcı bacarıqlarla yanaşı, müvafiq texniki vərdişlərlə təmin etməkdir. Bu proqram üzrə təhsil aldığınız müddətdə siz müasir sənayedə tətbiq olunan problemlər üzərində çalışacaq və beləliklə, əlavə bacarıq və təcrübə qazanacaqsınız. Proqram çərçivəsində tətbiq olunan fənlər sizi hazırkı proseslərdən xəbərdar edəcək və sizə sənaye ilə bağlı müasir düşüncə tərzinin formalaşmasına kömək etməklə sənaye qurğularına səfərlər və orada münasib mütəxəssislərdən öyrənmək imkanı yaradacaqdır. Belə səfərlər potensial işlə təmin edənlərlə əlaqələrin yaradılmasına da gözəl fürsət yaratmış olur.