AZ / EN / RU
Proqramın məqsədi

Proqramın ümumi məqsədləri aşağıdakılardır:

1.  Tələbələri neft-qaz mühəndisliyi sahəsində peşəkar mühəndislər olmaları    istiqamətində hazırlamaq;

2.  Neft-qaz sektorunda istər istismar üzrə peşəkar mütəxəssis, istərsə də texniki ekspert və ya tədqiqatçı vəzifəsində çalışa bilmək məqsədi ilə tələbələri zəruri biliklər və texniki bacarıqlarla təmin etmək;

3.  Neft - qaz sənayesində texnoloji problemlərin uğurla həll olunması üçün tələbələri elmi istiqamət və mühəndislik üzrə fundamental prinsiplərlə tanış etmək;

4.  Tələbələrdə təhlil, problemlərin həlli və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirmək;

5.  Texniki məsələlər, risklər və tövsiyələrlə əlaqəli müzakirələr zamanı işçilər, rəhbərlik və ictimaiyyətlə effektiv ünsiyyət qurmaq məqsədilə müvafiq bacarıqların aşılanması.

 

Proqramın xüsusi məqsədləri aşağıdakılardır:

1.    Neft-qaz sənayesində texnoloji problemlərin həll olunması məqsədilə tələbələri fundamental bilik, təhlili bacarıqları və mühəndislik vərdişləri ilə təmin etmək;

2.    Sənaye və günümüzün ən müasir texnologiyaları ilə birbaşa əlaqəli olan neft-qaz mühəndisliyi sahəsində təlim təşkil etmək;  

3.     Neft-qaz sahəsində nəzəri və praktiki problemlərin həlli üçün zəruri olan nəzəri və hesablama bacarıqlarını aşılamaq;

4.    Tələbələri fundamental biliklər və nəzəriyyələrə birbaşa əlaqələndirə biləcək praktik və eksperimental təcrübə ilə təmin etmək;

5.    Mühəndisliklə bağlı məsələlərin həllini bacarmaq məqsədilə tələbələrə təklikdə və qrup şəkildə çalışmağı öyrətmək;

6.    Neft-qaz sahəsində mühəndislik problemlərinin həlli üçün tələbələri sistemlərin və proseslərin qurulması və tətbiq olunması istiqamətində hazırlaşdırmaq;

7.    Tələbələrə ünsiyyət qurmaq bacarıqlarını, həmçinin texniki hesabatların hazırlanması və hesabatların auditoriyada təqdim olunması vərdişlərini öyrətmək;

8.    Sahə üzrə ömürlük uğurlu peşəkar adını qazanmaq üçün tələbələrə daha geniş texniki bacarıqların qazanması imkanını yaratmaq;

9.    Tələbələri neft-qaz mühəndisliyi üzrə magistratura, doktorantura və tədqiqat istiqamətində hazırlamaq.