AZ / EN / RU
Dokturantura Pilləsi

2020-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçilar üçün fəlsəfə fənnindən proqram

Mövzu 1. Fəlsəfənin predmeti və funksiyaları.

Fəlsəfə “dünya-insan” münasibətləri sisteminin ən ümumi tərəfləri, varlığın və idrakın ən ümumi prinsipləri və qanunauyğunluqları haqqında elmdir. Fəlsəfənin dünyagörüşü və metodoloji funksiyaları.

Fəlsəfənin təbiətşünaslıq və humanitar elmlərlə əlaqəsi. Fəlsəfi biliyin tərkib hissələri.

Fəlsəfə dünyagörüşünün nəzəri əsası kimi. Dünyagörüşü anlayışı. Dünyagörüşündə dərketmə, qiymətləndirmə və fəaliyyətin qarşılıqlı əlaqəsi. Dünyagörüşünün məzmununda  emosional və intellektual səviyyələr. Dünyagörüşündə bilik, əqidə, inam və şübhənin vəhdəti.  

Dünyagörüşünün tarixi formaları: mifologiya və din. Fəlsəfi dünyagörüşünün səciyyəvi cəhətləri.

      

Mövzu 2. Qədim Şərqdə, Hindistanda  və Çində fəlsəfi fikirlərin meydana gəlməsi

Ilkin fəlsəfi fikirlərin qədim Şərqdə meydana gəlməsi. Qədim Misirdə və Babilistanda fəlsəfə. Yaxın Şərqdə və qədim Azərbaycanda fəlsəfi təsəvvürlər. Zərdüştilik və onun dünyagörüşü əsasları. “Avesta” qədim Şərqin fəlsəfi abidəsi kimi.           

Qədim Hindistanda fəlsəfi fikir. Qədim Hind fəlsəfəsinin dövrləri.

Qədim Hind fəlsəfəsində ortodoksal və qeyri-ortodoksal cərəyanlar. Buddizm təlimi. Çarvaklar fəlsəfəsi.Caynizm təlimi.

Qədim Çin fəlsəfəsinin əsas məktəbləri. Konfusiçilikdə insan,etika və sosial həyat məsələləri.

Daosizm təliminin mahiyyəti. Moizm məktəbinin əsas ideyaları.

                        

Mövzu 3. Antik fəlsəfə

Antik fəlsəfənin yaranmasının tarixi şəraiti. Onun kosmosentrik xarakteri. Antik fəlsəfənin əsas mərhələləri. Milet məktəbi. Kortəbii dialektika. Eleyaməktəbinin nümayəndələri. Pifaqor təlimi. Demokritin atomizmi. 

Qədim yunan fəlsəfəsinin klassik mərhələsi. Sokrat insan haqqında.

Platonun fəlsəfi ideyaları.Platonda materiya anlayışı. Bilik xatırlamakimi.  Platonun dövlət təlimi.

Aristotel fəlsəfəsində materiya, forma, imkan və gerçəklikkateqoriyaları. Hərəkət və onun növləri. Aristotel tərəfindən məkan və zaman kateqoriyalarının şərhi. İdraka dair fikirləri.Aristotelin siyasi görüşləri.

Ellin-Roma fəlsəfəsi. Stoisizm, skeptisizm, eklektisizm və neoplatonizm. Epikurun atomist təlimi. Epikurun idrak nəzəriyyəsi. Atomist təlimin  L.Kar tərəfindən davam etdirilməsi. 

Neoplatonizm fəlsəfəsi. Plotinin fəlsəfəsində emanasiya nəzəriyyəsi.

 

Mövzu 4. Orta əsrlər Qərb fəlsəfəsi

Orta əsrlər Qərb fəlsəfəsinin teosentrik mahiyyəti və monoteizmə əsaslanması. Ruh və bədən, etiqad və zəka, mahiyyət və mövcudluq anlayışları. Xristian fəlsəfəsinin əsas inkişaf mərhələləri: patristika və sxolastika. A.Avqustinin dini fəlsəfi ideyaları. Boetsi mövcudluq və mahiyyət haqqında. Nominalizm və realizmin mübahisəsi. Akvinalı Fomanın təlimində dünyanın yaradılması ideyası. Substansional və aksidental formaların əlaqələndirilməsi.U.Okkamın idrak nəzəriyyəsi.

 

Mövzu 5. Orta əsrlərdə İslam Şərqində  fəlsəfi fikir

Orta əsrlər İslam Şərqi fəlsəfəsinin əsas cəhətləri. Şərq peripatetizmi. Onun əsas nümayəndələri.  Şərq peripatetiklərinin varlıq nəzəriyyəsi. Emanasiya prosesi. Zəruri varlıq və mümkün varlıq.  Şərq peripatetiklərinin qnoseologiyası. Şərq peripatetik fəlsəfəsində cəmiyyətə dair baxışlar. Şərq peripatetiklərinin etik görüşləri. İradə azadlığı problemi. Əxlaqi keyfiyyətlərin tərbiyənin məhsulu olması.

İslam dini zəminində təşəkkül tapmış sufi fəlsəfəsi. Sufilik düşüncə sistemi, həyat tərzi, tərbiyə üsulu kimi. Kamil insan ideyası.Mistik yolun mərhələləri. Mistik yolun hal və məqamları.Mərifət, fəna və bəqa anlayışları. Sufizmin əsas nümayəndələri.

S.Sührəvərdinin İşraqilik fəlsəfəsi. Emanasiya prosesində yaranan ilkin varlıq olan mücərrəd işıq. İşraqilik fəlsəfəsində idrak problemləri.

Hürufilik təlimi.  Nəimi və Nəsimi. Hürufilikdə hərf və say simvolikası. Panteizm təlimi. 

 

Mövzu 6. İntibah dövrü fəlsəfəsi

İntibah dövrü fəlsəfəsinin antroposentrik xarakteri. Sekulyarizasiya prosesi, onun ictimai və mənəvi həyatdakı dəyişikliklərə təsiri. Fəlsəfi təfəkkürün incəsənətə yönəlməsi və hərtərəfliliyi.  Humanizm ideyalarının təbliği. 

Kopernikin heliosentrizmi. C.Brunonun panteist təlimi. İdrak nəzəriyyəsi.

 

Mövzu 7.Yeni dövr fəlsəfəsi

Yeni dövr fəlsəfəsinin elmə arxalanması. XVII əsr Avropa fəlsəfəsində empirizm və rasionalizm.

Empirizmin nümayəndələri.F.Bekonun təcrübi biliyə əsaslanan  induktiv metodu kəşf etməsi.

T.Hobbsunmexaniki, determinizm prinsipi. Dövlətin mənşəyi haqqında təlim. C.Lokkun sensualizmi. Birinci və ikinci keyfiyyətlər haqqında təlim.

R.Dekartın razionalizmi və dualizmi. Anadangəlmə ideyalar nəzəriyyəsi.

Q.Leybnisin çoxlu substansiyalar konsepsiyası. Monada təlimi.“Zəka həqiqəti” və “fakt həqiqəti”.

B.Spinozanın panteizmi və hilozoizmi.

                                

Mövzu 8. Klassik alman fəlsəfəsi

Klassik alman fəlsəfəsinin yarandığı tarixi şərait və təbii–elmi əsasları.

İ.Kantın fəlsəfəsi.İdrak nəzəriyyəsi. Dərk edən subyektin spesifikliyi. Empirik (aposterior) və aprior bilik. İdrakda dərrakə və zəka pilləsi. Kantın antinomiyaları. İ.Kantın əxlaq, hüquq və dövlət haqqında fikirləri. 

İ.Fixtenin subyektiv idealizmi. “Mən” və “Qeyri-Mən” ideyası. F.Şellinqin natur fəlsəfəsi.

G.Hegel tərəfindən dialektik təfəkkürün əsaslarının işlənməsi. İnkişafın mənbəyinin ziddiyyət olması. Triada prinsipi-tezis, antitezis,sintez.Hegel tərəfindən dialektikanın qanun və kateqoriyalarının sistemləşdirilməsi. Vətəndaş cəmiyyəti və dövlət barədə fikirlər.

L.Feyerbaxın antropoloji materializmi.

 

Mövzu 9.  Marksizm fəlsəfəsi

Marksizm fəlsəfəsinin meydana gəlməsinin ictimai-iqtisadi, təbii-elmi ilkin şərtləri və nəzəri mənbələri. Tarixin materialist əsaslandırılması. Tarixin hərəkətverici qüvvəsinin sinfi mübarizə olması. K.Marksın izafi dəyər nəzəriyyəsi.  Marksizmin ictimai-iqtisadi formasiya təlimi. Cəmiyyətin inkişafı prosesində mülkiyyət formalarının dəyişilməsi.  Marksizmdə sinfi mübarizə və dövlət təlimi.

Materialist dialektikanın işlənməsi. Engels tərəfindən hərəkət formalarının təsnifatı. Marksizm ideyalarının Rusiyanın ictimai-siyasi həyatına tətbiqi.Müasir dövrdə marksizmin yenidən mənalandırılmasının zəruriliyi.

 

Mövzu  10. XIX əsrin II yarısı və XX əsrin əvvəllərində  Azərbaycanda maarifçilik fəlsəfəsi

Azərbaycan  maarifçilik fəlsəfəsinin yaranması şəraiti və spesifik cəhətləri. Azərbaycan maarifçiliyinin inkişaf mərhələləri. A.Bakıxanovun fəlsəfi təlimi. Onun idrak təlimi və etik görüşləri.

Klassik maarifçiliyin nümayəndəsi M.F.Axundov. Kainatın maddiliyi və yaradılmazlığı barədə fikirlər. M.F.Axundovun əsərlərində monarxiya idarə üsulunun tənqidi,  insan azadlığı və hüquqları barədə fikirləri.

H.B.Zərdabi darvinst alim kimi. Onun dünyanın maddi vəhdəti, sonsuzluğu, Kainatda əbədi hərəkətin mövcudluğu  haqqında fikirləri. Sosial-siyasi görüşləri.

XIX əsrin sonu və XX əsrin əvvəllərində maarifçilik ideyaları,milli istiqlal məfkurəsinin möhkəmlənməsi.

Ə.Hüseynzadənin “Türkləşmək, islamlaşmaq və avropalaşmaq” ideyaları. Ə.Ağayevin “milli sülh”, İslam birliyi barədə fikirləri.

 

Mövzu 11.Müasir dövrdə Qərbi Avropa fəlsəfi fikrinin əsas istiqamətləri

XIX əsrin II yarısı - XX əsrin əvvəllərində ənənəvi-klassik fəlsəfədən uzaqlaşma meylləri. Pozitivizm fəlsəfəsi. Pozitivizmin tarixi formaları. Empiriokritisizm. Neopozitivizm. Postpozivitizm. K.Popperin falsifikasiya prinsipi. T.Kunun paradiqmalar nəzəriyyəsi.

Strukturalizm cərəyanı. Dil nəzəri təhlil vasitəsi kimi.Praqmatizm cərəyanı. Fəlsəfənin real həyatla əlaqələndirilməsi.

Fəlsəfədə irrasionalist istiqamət. Həyat fəlsəfəsi, ekzistensializm və hermenevtika.

Ekzistensializm fəlsəfəsi. İnsanın mövcudluğu və mahiyyəti. İnsan azadlığı problemi. 

Hermenevtika təlimi.Anlam kateqoriyası.

Müasir dini-fəlsəfi cərəyanlar.Neotomizm. Fenomenologiya cərəyanı.

 

Mövzu12. Varlıq haqqında fəlsəfi təlim

Ontologiya varlıq haqqında təlimdir. Varlıq  haqqında  müasir fəlsəfi axtarışlar. Varlığın fəlsəfi anlamının əsas səpkiləri. Varlıq, gerçəklik və reallıq anlayışları. Obyektiv və subyektiv reallıq, onların münasibəti.

Varlığın formaları. Əşya, proses və hadisələrin varlığı. Bütöv bir tam kimi götürülən təbiətin varlığı. “İkinci təbiət” varlığı. Insan varlığı və onun ikili təbiəti. Mənəvi varlıq. Varlığın sosial forması və səciyyəvi cəhətləri. Varlığın səviyyələri.

Materiya fəlsəfənin fundamental kateqoriyası kimi. Materiyanın elmi tərifi və onun metodoloji əhəmiyyəti. Materiya varlıq anlayışının konkretləşmiş forması kimi. Substansiya anlayışı və onun materiya ilə münasibəti.

Müasir elm materiyanın quruluşu və struktur səviyyələri haqqında. Cansız təbiətdə və üzvi aləmdə materiya təşkilinin əsas səviyyələri. Sosial həyatda materiya təşkili səviyyələri.

Hərəkət konsepsiyası.Hərəkət materiyanın mövcudluq üsulu kimi. Materiya və  hərəkətin əlaqəsi. Hərəkətin əsas tipləri və formaları. Hərəkət formalarının mexanisist və reduksionist anlaşılmasının məhdudluğu. Müasir elmin hərəkət formalarına gətirdiyiyeniliklər.

Məkan və zaman varlığın obyektiv formaları kimi. Məkan və zamanın substansional və relyasion konsepsiyaları. Nisbilik nəzəriyyəsi məkan, zaman və hərəkət edən materiyanın vəhdəti haqqında.

Cansız təbiətdə məkan və zaman formaları. Bioloji məkan və zamanın xüsusiyyətləri. Sosial  məkan və zaman.

 

Mövzu 13.Varlığın universial əlaqələri haqqında təlim

Dialektika varlığın universal əlaqələri, hərəkəti və inkişafı haqqında təlimdir. Dialektika və onun alternativləri. Obyektiv və subyektiv dialektika. Dialektikanın prinsipləri. Universal əlaqə anlayışı. Əlaqələrin təsnifatı.

Inkişaf anlayışı. Inkişafın müxtəlif modelləri. Proqressiv (tərəqqi), neytral və reqressiv (tənəzzül) inkişaf.

Qanun anlayışı. Qanunların təsnifatı. Xüsusi, ümumi və ən ümumi qanunlar. Təbiət və cəmiyyət qanunları. Dinamik və statistik qanunlar. Dialektikanın əsas qanunları. Əksliklərin vəhdəti və mübarizəsi qanunu. Eyniyyət, fərq, əkslik, ziddiyyət anlayışları. Ziddiyyətlərin növləri.

Kəmiyyətin keyfiyyətə keçməsi qanunu. Keyfiyyət, əlamət və xassə anlayışları.Kəmiyyət anlayışı.Ölçü keyfiyyətlə kəmiyyətin vəhdəti kimi.Sıcrayış, təkamül və inqilab.

Dialektik sintez (inkarı inkar) qanunu.Inkar anlayışı. Inkarın tipləri və növləri. Destruktiv və konstruktiv inkar. İnkişafda varislik əlaqəsi. Hegelin “Triada” prinsipi. İnkişafın spiralvari forması.

Dialektikanın kateqoriyaları. Fəlsəfi kateqoriyalar və ümumelmi anlayışlar.

Dialektik kateqoriyaların təsnifatı. Varlığın quruluşunu ifadə edən kateqoriyalar. Sistem və sistemlilik, tam və hissə, özünütəşkiletmə, ayrıca, təkcə, xüsusi və ümumi, mahiyyət və hadisə (təzahür), məzmun və forma. Varlığın səbəbiyyət (determinasiya) əlaqələrini bildirən kateqoriyalar: səbəb və nəticə, zərurət və təsadüf, imkan və gerçəklik.

 

Mövzu 14. İdrak nəzəriyyəsi (qnoseologiya)

İdrak fəlsəfi təhlilin predmeti kimi. Dünyanın  dərk olunması ətrafında fəlsəfi mübahisələr. Idrakın obyekti və subyekti. Bilik idrakın başlıca məqsədidir. Biliyin strukturu. Hissi idrak  və onun formaları: duyğu, qavrayış və təsəvvür.Məntiqi (rasional) idrak və onun əsas formaları: anlayış, mühakimə və əqli nəticə. Yaradıcılıq və intiusiya. Izahat və anlama.

Praktika anlayışı. Praktika idrakın mənbəyi və onun nəticələrinin meyarı kimi.

Həqiqət haqqında konsepsiyalar.Həqiqət proses kimi. Mütləq və nisbi həqiqətin dialektikası.

Həqiqətin obyektivliyi və konkretliyi. Həqiqət və yanılma. Həqiqət və yalan.

Müasir dünyada elm. Elmi idrakın mahiyyəti və əsas funksiyaları. Elmi idrakın spesifik cəhətləri. Elmi biliyin strukturu. Empirik və nəzəri bilik. Elmi biliyin vasitələri və əsas formaları. Fakt, problem, ideya, prinsip, hipotez, nəzəriyyə. Elmi idrakın metodologiyası. Metod və metodologiya. Elmi idrak metodlarının xarakteristikası. Metodların təsnifatı. Elmi idrakın empirik metodları.Elmi idrakın nəzəri metodları. Elmiidrakın empirik-nəzəri metodları.

 

Mövzu 15. Fəlsəfədə şüur problemi

Şüurun öyrənilməsinin əhəmiyyəti. Şüur yüksək təşəkküllü materiyanın – insan beyninin xassəsikimi. Inikas anlayışı. Inikasın formaları.

Şüura fəlsəfi yanaşmanın əsas aspektləri.Şüurun mənbələri və strukturu.

Özünüdərk və onun formaları. Şüur və təfəkkür. Dərrakə və zəka. Ağıl və müdriklik. Şüur, dil və kibernetika. Qeyri-şüurinin məzmunu. Freydizm nəzəriyyəsi. Arxetiplər təlimi.

 

Mövzu 16. Fəlsəfi antropologiya

Fəlsəfədə insan probleminin yeri. Fəlsəfi fikir tarixində insan probleminin qoyuluşu. Azərbaycan ictimai fikir tarixində insanın izahı.

İnsanın və cəmiyyətin mənşəyi - antropososiogenez. Onun kompleks xarakteri. Əmək nəzəriyyəsi, mutasiya təlimi və kosmosentrizm nəzəriyyələri.

Insanın mahiyyəti. İnsanıntəbiətində bioloji və sosialın nisbəti. İnsan – biososialpsixikosmik varlıq kimi.

Insanın tipologiyası. Həyatın mənası. Insanın mənəvi həyatında  ölüm və ölməzlik problemi.Ölmək hüququ və evtanaziya. Insanın inkişafındanitqin, dilin və şüurun rolu.

Insan, fərd, fərdiyyət və şəxsiyyət anlayışları. Insan və bəşəriyyət.

 

Mövzu 17.Təbiət fəlsəfi dünyagörüşü sistemində

Təbiət anlayışı. Təbiətin ümumi anlamı. İnsan-təbiət münasibətlərinin əsas tarixi mərhələləri. Təbiətin  təşkili və struktur səviyyələri.

Təbiət və cəmiyyət. Təbiət və süni mühit. Coğrafi mühitin insana təsiri. Coğrafi determinizm təlimi. Elmi-texniki tərəqqi və ekoloji böhran.Ekoloji problemlərin həlli yolları.

            

Mövzu 18. Cəmiyyət özüinkişaf edən sistem kimi

Cəmiyyət özünəməxsus varlıq – maddi-ideal reallıqdır. Cəmiyyət və onun inkişaf qanunauyğunluqları sosial fəlsəfənin predmeti kimi. Cəmiyyətin izahına dair nəzəri baxışlar.

Cəmiyyətin idealist izahının mahiyyəti. İctimai həyata müxtəlif münasibətlərin xaotik və təsadüfi məcmusu kimi yanaşılması. Cəmiyyətin ayrı-ayrı fərdlərin mexaniki birliyi kimi götürülməsi.

Coğrafi determinizmin mahiyyəti. Geopolitika konsepsiyası.

Sosial həyatın materialist izahının əsasları. Maddi və ideoloji münasibətlər. İctimai varlıq və ictimai şüur anlayışları.

Sosial fəlsəfənin dünyagörüşü və metodoloji,nəzəri və proqnostik funksiyaları. Sosial fəlsəfənin humanitar biliklər sistemində yeri.

 

Mövzu 19. Cəmiyyətin əsas sferaları. Maddi istehsal sferası.

Cəmiyyəti sferalara ayırmağın əsas meyarları. Fəaliyyət növünün spesifikliyi və münasibətlər formasının özünəməxsusluğu. İqtisadi sferanın sosial-fəlsəfi aspekti. İqtisadi fəlsəfə.

İqtisadi sferanın əsasları. Əmək fəaliyyəti, onun səciyyəvi cəhətləri. İstehsal üsulu anlayışı. Mülkiyyət anlayışı. Mülkiyyət formalarının müxtəlifliyi. Xüsusi mülkiyyətin cəmiyyətdə rolu. Bazar iqtisadi mexanizminin mahiyyəti və əsas cəhətləri.Sahibkarlıq iqtisadi inkişafın hərəkətverici qüvvəsidir. Bazar iqtisadiyyatının tənzimlənməsi problemi.

Texnika anlayışı və onun iqtisadi sferada rolu. Texnikanın sosial-fəlsəfi təhlilinin əsasları.  

 

Mövzu 20. Cəmiyyətin sosial sferası.

Sosial sferanın səciyyəvi cəhətləri. Sosial sfera və sosial fəaliyyətin bağlılığı. Sosial struktur anlayışı. Cəmiyyətin sosial birliklərə, qruplara və təbəqələrə bölünməsi. Sosial-sinfi və sosial-ərazi strukturu. Fiziki və əqli əmək işçiləri. Müasir cəmiyyətin sosial strukturunun dəyişilməsinin əsas meylləri. Sosial stratifikasiya təlimi və sosial sferanın öyrənilməsində onun rolu.

Cəmiyyətin sosial-etnik strukturu. İnsanların tarixi birlik formaları. Qəbilə, tayfa, xalq və millət. Onların özünəməxsus cəhətləri.

Cəmiyyətin demoqrafik strukturu. Əhali artımı problemi, onu tənzimləməyin zəruriliyi. Cəmiyyətin cinsə və yaşa görə bölgüsünün normal vəziyyəti.

Cəmiyyətin sosial strukturunda ailə. Ailə cəmiyyətin ilkin özəyi kimi. Ailənin funksiyaları. Gender bərabərliyi problemi. Qadınlara qarşı zorakılığın yolverilməzliyi.

 

Mövzu 21. Cəmiyyətin siyasi sferası.

Siyasi sfera fəlsəfənin obyekti kimi. Siyasi sferada dövlətin mərkəzi yeri. Dövlətin əsas əlamətləri və funksiyaları. Siyasi hakimiyyət. Hakimiyyət bölgüsü. Qanunverici, icraedici və məhkəmə hakimiyyəti. Dövlət hakimiyyətinin təşkili formaları. Monarxiyanın mahiyyəti və növləri. Respublika hakimiyyət forması. Dövlət quruluşu formaları. Siyasi rejim anlayışı, onun müxtəlif növləri. Demokratiya və diktatura. Demokratiyanın mahiyyəti, əsas cəhətləri və formaları.

Vətəndaş cəmiyyəti və hüquqi dövlət anlayışları. Onların ümumi və spesifik cəhətləri. Vətəndaş cəmiyyətinin strukturu. Burada siyasi partiyaların yeri. Hüquqi dövlətin əsas əlamətləri. Qanunun aliliyi. Şəxsiyyətin azadlığı və məsuliyyəti.

 

Mövzu 22. Cəmiyyətin mənəvi sferası.

Mənəvi sferanı öyrənməyin vacibliyi. Mənəvilik insanın əsas keyfiyyəti kimi.

Mənəvi sfera sisteminin əsas tərəfləri. İctimai şüur anlayışı və onun nisbi müstəqilliyi. İctimai və fərdi şüur.İctimai şüurun strukturu. Adi şüur və nəzəri şüur. İctimai psixologiya və ictimai ideologiya.

İctimai ideologiya ictimai şüurun yüksək pilləsidir. Müasir cəmiyyətdə ideologiyanın rolu. Azərbaycançılıq müasir cəmiyyətimizin ideoloji əsası kimi.

İctimai şüurun formaları. İctimai şüuru formalara ayırmağın kompleks meyarları.

Siyasi şüurun mahiyyəti. Siyasi şüurun strukturu. Siyasi psixologiya və siyasi ideologiya anlayışları. Siyasi şüurun cəmiyyətdə rolu və funksiyaları.

Hüquqi şüur və onun strukturu. Hüquqi şüurda mövcud hüquq normalarının qiymətləndirilməsi. Hüquqi şüur insanların fəaliyyət və davranışlarının tənzimləyicisi kimi. Hüquqi psixologiya. Hüquqi ideologiya.

Əxlaqi şüurun mahiyyəti. Əxlaq davranışı tənzimləməyin və qiymətləndirməyin könüllü normasıdır. Əxlaqi şüurun əsas kateqoriyaları. Xeyirxahlıq (fəzilət), şər (qəbahət), mənəvi borc və vicdan.

Estetik şüurun (incəsənətin) mahiyyəti və spesifikliyi. Estetik şüurun əsas anlayışları. Gözəllik, eybəcərlik, komiklik və faciəvilik. Estetik şüurun əsas funksiyaları. Estetik qiymət və estetik həzz. İncəsənətdə milli ilə ümumbəşərinin vəhdəti problemi. Estetika və incəsənət anlayışları, onların bağlılığı.

Dini şüurun spesifikliyi və strukturu. Fövqəltəbiiyə inam dinin başlıca tərəfi kimi. Dinin sosial, qnoseoloji və psixoloji kökləri. Dinin funksiyaları. İllüziyalı əvəzləyici funksiya. Dinin inteqrativ funksiyası. Dinin tənzimləyici və kommunikativ funksiyaları. Müasir cəmiyyətdə dinin rolu.

 

Mövzu 23.Tarixi prosesin fəlsəfi təhlili.

Cəmiyyət tarixi haqqında baxışların yaranması və təkamülü. “Tarix fəlsəfəsi” anlayışı. Hegelin “Tarixisizm” təlimi. Tarixi prosesin dövrləşdirilməsi problemi. Tarixə formasion və sivilizasion yanaşmanın mahiyyəti. Onları vəhdətdə götürməyin zəruriliyi. K.Yaspers tərəfindən tarixin dövrləşdirilməsi. K.Popperin tarix haqqında baxışları.

Sosial tərəqqinin mahiyyəti. İnkişaf, tərəqqi və tənəzzül anlayışlarının münasibəti. Sosial tərəqqinin obyektiv və qanunauyğun xarakteri. Sosial tərəqqinin meyarı məsələsi. Müasir sosial-fəlsəfi fikirdə tərəqqinin kompleks meyarlarının müəyyənləşdirilməsi.

 

Mövzu 24. Mədəniyyət və sivilizasiya.

Mədəniyyətin fəlsəfi anlamı. Mədəniyyətin əsas funksiyaları. Elitar və kütləvi mədəniyyət.

Mədəniyyətin inkişaf qanunauyğunluqları. Mədəniyyətdə novatorluq və ənənə. Mədəniyyətin inkişafında milli ilə ümumbəşərinin münasibəti. Müasir dövrdə milli-mədəni müxtəliflik. Milli mədəniyyətlərin dialoqu problemi. Qərb və Şərq mədəniyyətlərinin dialoqu.

Sivilizasiya anlayışı, müxtəlif yanaşmalar. Sivilizasiya ilə mədəniyyətin münasibəti. Mədəniyyət ilə sivilizasiyanın qarşılıqlı zənginləşdirici təsiri. Sivilizasiyanın tarixi tipləri. Ənənəvi və industrial sivilizasiyalar. Postindustrial sivilizasiyanın səciyyəvi cəhətləri. Lokal sivilizasiyalar təlimi.

 

Mövzu 25. Müasir dövrün qlobal problemləri.

Qlobal problemlərin mahiyyəti və yaranması səbəbləri. Qlobal problemlərin təsnifatı. Dövlətlərarası beynəlxalq problemlər. Müharibə və sülh. Təbiət-cəmiyyət münasibətlərinin ziddiyyətliliyi. Ekoloji böhran anlayışı. Bəşəriyyətin ərzaq, enerji və içməli su ilə təchizindəki problemlər. İnkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələrin iqtisadi səviyyələri arasında fərqlərin çoxalması. Demoqrafiya, səhiyyə və təhsil sahəsindəki problemlər. Beynəlxalq terrorizmin, narkomaniyanın və irqiayrıseçkiliyin törətdiyi problemlər.

Qlobal problemlərin həllinin vacibliyi. Bu işdə dövlətlərin və xalqların birgə əməkdaşlığının zərurəti. Qlobal şüur və burada humanizm ideyasının qərarlaşması.

 

 

Ədəbiyyat

  1. Mehdiyev R.Ə. Fəlsəfə. Bakı, 2010.
  2. İmanov H.R. Fəlsəfənin əsasları. Bakı, 2007.
  3. Hacıyev Z.C. Fəlsəfə. Bakı, 2010, 2012.
  4. Fəlsəfə (Ramazanlı F.F. redaktəsi ilə). Bakı, 1997.
  5. Paşayev V.Ə. Fəlsəfə. Bakı, 1999.
  6. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı.
  7. Tağıyev A. Fəlsəfə. Bakı, 2018.
  8. Azərbaycan fəlsəfə tarixi. I və II cild. Bakı, 2014.
  9. Abbasova Q.; Hacıyev Z. Sosial fəlsəfə. Ali məktəblər üçün dərslik. Bakı, “Turan evi”, 2017.
  10. İsmayılov F. Klassik psixoanalizin əsasları. Bakı, 2003.
  11. İsmayılov F. XX əsr Qərb fəlsəfəsi tarixi. I cild, Bakı, 1999; II cild, Bakı, 2000.
  12. Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 2006
  13. Hacıyev Z. Ontologiya və idrak nəzəriyyəsi. Bakı, 2011
  14. Məmmədov Ə.B. Dialektik idrak və ümumelmi tədqiqat metodları. Bakı, 1997.
  15. Məmmədov Ə.B.; İsmayılov V.İ.; Məmmədov F.Ə. Rasionallıq və qeyri-asionallıq. Bakı, 2010.
  16. Məmmədov Ə.B.; Mustafayev A.X. Təbii-elmi idrak və insan dünyası. Bakı, 2011.
  17. Xəlilov S. Elm haqqında elm. Bakı, 2007.
  18. Алексеев П.В.; Панин А.В. Философия. М., 2000.
  19. Алексеев П.В. Социальная философия. М., 2005.
  20. Барулин В.С. Социальная философия. Учебник для вузов. М., «Заир-Пресс», 2002.
  21. Крапивенский С.Э.Социальная философия. Учебник для студентов вузов. М., 1998.
  22. Кемеров В.Е. Введение в социальную философию. М., 1998.
  23. Кулизаде З. Хуруфизм и его представители в Азербайджане. Баку, 1970.
  24. Спиркин А.Г.  Философия. М, 2000.
  25. Философия. (Под. редакцией Алексеeвой А.Л, Л.Е.Яков­левой). М, 2011.
  26. Философия. (Под. редакцией  Миронива В.В). М, 2011.
  27. Философия. (Под. редакцией  Горюнова И.П).  М, 2005.

Mənbə: http://md.bsu.edu.az/az/announcement/31