AZ / EN / RU
Əldə olunan nəticələr

Proqramı müvəffəqiyyətlə bitirən məzunların aşağıdakı bacarıqlara sahib olmaları gözlənilir:

1. Neft və qazın istehsalı, separasiyası və təhlükəsiz nəqli texnologiyaları və prosesləri barədə hərtərəfli bilik və anlayış;

2. Müxtəlif tipli laylarda neft və qazın qazılması və təhlükəsiz çıxarılması prosesinin planlaşdırılması üçün təhlil vasitələri və qazanılmış vərdişlərdən istifadə;

3. Neft və təbii qazın istehsalı ilə bağlı problemlərin həlli üçün riyazi, fundamental elm və mühəndislik üsullarından istifadə;

4. Neft və qaz sistemləri və onların karbohidrogenlərinın istehsalı və çıxarılmasında mühüm rolu haqqında biliklər;

5. Müxtəlif mühitlərdə neft və qazın nəqli üzrə sistemlərin hazırlanması və istismarı, o cümlədən kompüter simulyasiyaları və laboratoriya avadanlıqlarından istifadə etməklə yoxlamalar və monitorinq haqqında hərtərəfli anlayış;

6. Karbohidrogenlərın çıxarılması və istehsalı üzrə iqtisadiyyatla bağlı hərtərəfli anlayış;

7. Yerüstü istehsal qurğuları ilə bağlı texnoloji anlayışlar və texniki tələblərlə bağlı dərin bilik;

8. Geoloji xüsusiyyətlərin və müxtəlifliklərin karbohidrogen yataqlarının ümumi fəaliyyətinə təsiri üzrə hərtərəfli bilik;

9. Layların bağlılığı ilə əlaqəli mümkün olan problemlər və qəza haqqında məlumatlı olmaq.