AZ / EN / RU
Neft - qaz mühəndisləri nə edir

Neft-qaz mühəndisləri neft və qazın yer səthindən aşağıda yerləşən yataqlardan çıxarımasına aid üsulları işləyib hazırlayır. Onlar həm də daha köhnə yataqlardan neft və qazın çıxarılması üçün yeni üsulların tapılmasına çalışır. Bir qayda olaraq, neft-qaz mühəndisi bir sahə üzrə ixtisaslaşır, lakin texnoloji və istehsal komponentləri bir-birilə əlaqəli olduğundan onlar prosesdən bütövlükdə xəbərdar olmalıdırlar.