AZ / EN / RU
Neft və qaz mühəndislərinin öhdəlikləri

Neft-qaz mühəndisi neft və təbii qazın yataqlardan çıxarılması prosesinə cəlb olunur. Onlar qazma, istehsal və ya lay mühəndisləri ola bilərlər. Bütün bu mərhələlərdə neft-qaz mühəndisləri bütün qazma əməliyyatlarının qanunvericiliyə və ekoloji standartlara uyğun şəkildə dəqiq və effektiv şəkildə həyata keçirilməsinə əmin olmaq məqsədilə petrofizika üzrə biliklərdən istifadə edir. Bu mühəndislər komanda rəhbərləridir və bir çox hallarda digər mühəndislər, alimlər və platforma işçiləri ilə birgə çalışırlar.

 

Neft-qaz mühəndisləri adətən aşağıdakıları edirlər:

  • Ən səmərəli yolla neft və qazın çıxarılması üçün avadanlıqları qurur.
  • Daha çox neft çıxarmaq məqsədi ilə suyu, kimyəvi maddələri və ya buxarı laylara yeritmək üçün üsullar müəyyənləşdirirlər.
  • Neft-qaz yataqlarının qazılması və sonradan neft və qazı çıxartmaq üçün planlar hazırlayırlar.
  • Yoxlama və araşdırma yolu ilə quyuların istehsalını qiymətləndirirlər.
  • Bütün qazma işləri üzrə qeydlər aparır və məlumatları yeniləyirlər.
  • Neftlə zəngin olan daha geniş ərazini vahid quyu ilə əlaqələndirmək üçün kompüterlə nəzarət olunan qazma üsullarından və yaxud yarılmadan istifadə edirlər.
  • Neft yataqlarında qurğuların düzgün formada quraşdırılmasını, istismar olunmasını və saz vəziyyətdə saxlanmasını təmin edirlər. 
  • Qazma ərazilərindən bütün tullantıların və istifadə olunmayan qurğuların çıxarılmasına nəzarət edirlər.
  • Təhlükəsizlik və effektivlik üzrə məsuliyyət daşıyırlar.
  • Ən məhsuldar əraziləri müəyyən edirlər.

 

 Neft və qaz yataqları yerin altında dərin qaya qatlarında yerləşirlər. İstər quruda, istərsə də dənizdə həmin laylara yalnız neft platformalarından quyular qazmaqla çatmaq olar.

Neft və qaz tapıldıqdan sonra neft-qaz mühəndisləri tərkibində karbohidrogenlərin olduğu qayanın geoloji strukturu haqqında məlumat almaq üçün geoloqlar və digər alimlərlə çalışırlar. Bundan sonra mühəndislər qazma üsullarını müəyyən edir, qazma qurğularını qurur, qazma planını yerinə yetirir və əməliyyatlara nəzarət edirlər.

Hazırda istifadə olunan ən qabaqcıl texnologiya laylarda neft və qazın yalnız bir hissəsini çıxartmağa imkan verir. Beləliklə, neft-qaz mühəndisləri daha çox miqdarda neft və qazın çıxarılması istiqamətində yeni üsulları işləyib hazırlayır və bununla bağlı tədqiqatlar aparırlar. Bu tədbirlər qazma və istehsal xərclərinin azalmasına kömək edir.

 

Aşağıda neft-qaz mühəndislərinin növləri verilir:

Tamamlama işləri üzrə mühəndislər neft və qazın yerin altından yuxarıya doğru çıxmasını təmin etmək məqsədilə quyuların tikilməsi prosesinin ən yaxşı yolla tamamlanması haqqında qərar verirlər. Onlar quyuların tikilməsi işlərinə nəzarət edirlər. Bu işlərə boruların quraşdırılması, hidravlik parçalanma və ya təzyiqə nəzarət texnikası daxildir. 

Qazma mühəndisləri  xərclər də daxil olmaqla bir sıra faktorları nəzərə alaraq neft-qaz quyularının ən səmərəli üsullarla qazılması metodunu müəyyən edirlər. Onlar həmçinin qazma prosesinin təhlükəsiz, effektiv və ətraf mühitə minimal dərəcədə zərər verəcək şəkildə olmasını təmin edirlər. Bu tip neft-qaz mühəndisləri yeni quyuların qazılmasına nəzarət edən geoloqlar və podratçılarla işləyirlər.

Hasilat mühəndisləri qazma işi tamamlandıqdan sonra quyuları qəbul edirlər. Onlar adətən quyuların neft və qaz istehsalatının monitorinqini aparırlar. İstehsalat mühəndisləri qazma burğuları və klapanlar  kimi yeni dağ-mədən və qazma qurğularını hazırlayır, eyni zamanda hər bir neft-qaz yatağının səmərəliliyini artırmaq məqsədi ilə üfqi qazma kimi yeni neft-qaz çıxarıma proseslərini hazırlayırlar. Əgər quyular gözlənildiyi qədər məhsul istehsal etmirlərsə, istismar mühəndisləri çıxarılan miqdarın artırılması ilə bağlı çıxış yollarını axtarırlar.   

Lay mühəndisləri istehsal qabiliyyətini və münasib istehsal üsullarını müəyyən etmək üçün hər bir neft və qaz yatağını qiymətləndirirlər. Lay üzrə ixtisaslaşmış neft-qaz mühəndisi yatağın bütün fəaliyyət müddəti üçün istismar imkanlarını hesablayır, təbii qaz və xam neftin çıxarılması üçün ən yaxşı üsulu müəyyənləşdirir və hər bir yataqda təhlükəsiz şəraitdə neçə quyunun qazıla biləcəyini hesablayırlar.