AZ / EN / RU
Neft-qaz mühəndislərinin zəruri keyfiyyətləri

Təhlil bacarıqları. Neft-qaz mühəndisləri müvafiq şirkət layihəyə maliyyə resursları və mütəxəssisləri cəlb etməmişdən öncə qazma ilə bağlı mürəkkəb planları qiymətləndirə bilməli və potensial nöqsan və mürəkkəbləşmələri əvvəlcədən görməyi bacarmalıdır. 

Yaradıcılıq. Neft-qaz mühəndisləri neft və qazın çıxarılması üçün yeni üsullar fikirləşməlidirlər, çünki hər bir yeni qazılan quyu müvafiq çətinliklərlə müşayiət olunur. Onlar mümkün ola bilən neft və qaz yataqlarının tapılması üçün zəruri suallar verməyi bacarmalıdırlar.    

Ünsiyyət qurma bacarıqları. Neft-qaz mühəndisləri çox bahalı qurğu, avadanlıq və infrastruktur tələb edən layihələrdə digər insanlarla çalışmalıdır. Digər işçilərlə çalışmaq və ünsiyyət qurmaq şirkətlərin nəhəng maliyyə yatırımlarının qurunub saxlanılması baxımından hədsiz dərəcədə vacibdir.

Riyazi biliklər. Neft-qaz mühəndisləri iş prosesində təhlil, quraşdırma və nöqsanların aşkar olunması üçün hesablama prinsipləri və digər qabaqcıl riyazi mövzulardan istifadə edirlər.   

Problemlərin həlli bacarıqları. Qazma planlarında problemlərin müəyyənləşdirilməsi neft-qaz mühəndisləri üçün əhəmiyyətlidir, çünki qazma əməliyyatları bahalı ola bilər. Onlar potensial məsələyə/problemə diqqətlə yanaşmalı və ən qısa zamanda onun həlli yollarını tapmalıdır.