AZ / EN / RU
Kitabxana

 

BANM kitabxanası haqqında

Ali məktəbin kitabxanası tələbələrə bir çox tədris materialları və hesablama texnikası ilə yanaşı həmçinin lazımı məlumatın əldə olunmasına yardım edəcək mütəxəssis məsləhətləri təklif edir. Bundan əlavə tələbələrə Heriot-Watt Universitetinin (Böyük Britaniya) kitabxanasının elektron resurslarından istifadə etmək imkanı yaradılıb. Burada tələbələr elektron bazalarda axtarış aparmaq, e-jurnal, e-kitab, konfrans materialları və s. sənədləri istifadə etmək və yükləmək imkanına malikdirlər.

Yeni tələbələr IT vasitəsilə qeydiyyatdan keçərək istifadəçi adı və şifrə əldə edirlər. Bu unikal giriş Heriot Vatt E-məktub və VTM (Virtual Tədris Mühiti) sisteminə daxil olmaq imkanı yaradır.

Virtual Tədris Mühiti Virtual Tələbə Məlumat Təşkilatı Şəbəkəsi - VİSİON proqram təminatı adı altında tanınır və Heriot-Vatt Universitetinin saytından götürülür. Tələbələr özlərinin istifadəçi adı və şifrələri ilə bu sistemə daxil ola bilirlər. Kitabxanada tələbələr həmçinin Wi-Fi İnternet ilə də təmin olunurlar.

Kitabxananın əsas və mühüm məqsədlərindən biri tədris prosesinə informasiya dəstəyi göstərməkdən ibarətdir və bu proses üç istiqmətdə həyata keçiriləcək:

  • birinci istiqamətdə, təlim-metodik vəsaitlərin tərkibinə daxil olan dərs vəsaitləri və dərsə aid elektron resursların kataloqlaşdırılması və tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulur;
  • ikinci istiqamətdə BANM professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin, eləcə də dərslik və dərs materiallarının universitetimizə məxsus ünvanlı DSpace elektron arxivdə yerləşdirilməsi və açıq girişlə istifadəçilərin ixtiyarına verilməsi reallaşdırılacaq;
  • üçüncü istiqamətdə isə təlim-tədris prosesində EBSCO, Cambridge Journals Online və sair məlumat bazaları və Pearson, Blackwell kimi qabaqcıl nəşriyyat evləri vebsaytlarında yerləşdirilən elektron resurslardan geniş istifadə olunmasına imkan yaradılması.

Yeni kitablar