AZ / EN / RU
"Bərpaolunan enerji: çağırışlar və perspektivlər"

08 dekabr 2016-cı il tarixində BANM-də  bərpaolunan enerji mühəndisliyi sahəsində müasir biliklərin yayılması çərçivəsində daimi fəaliyyət göstərən “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda seminarın növbəti iclası öz işini davam etdirdi.

Seminarın məruzəçisi Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın   müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru akademik Rauf Qardaşov "Günəş Radiasiyası Modeli və Tətbiqləri" mövzusu ilə çıxış etdi.

Seminarda BANM-nin  Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva, Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov  Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri Sənan Eminov, Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov, Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev,  Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun şöbə müdiri, professor Rəhim  Mədətov, BMT-nin sənayenin inkişafı proqramı çərçivəsində resurslardan səmərəli istifadə və daha təmiz istehsalat layihəsinin milli eksperti Faiq Məmmədov, ADNSU-nun müəllimi dosent Fuad Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi  Rüstəm Şəfaqətov və digər təşkilatların nümayəndələri iştirak etmişdir. Həmçinin seminara BANM-nin tələbələri də qoşulmuşdur.  

Sonda təqdim olunan məruzə ətrafında müzakirələr və fikir mübadiləsi, seminar iştirakçıları arasında seminarın gedişi haqqında sorğu aparılıb.

Bərpaolunan enerji mühəndisliyi üzrə təşkil olunan  seminar mütəmadi olaraq BANM-də öz fəaliyyətini davam etdirəcək.