AZ / EN / RU
Neft-Qaz Mühəndisliyi Kafedrası

"Neft-qaz mühəndisliyi" kafedrası 2012-ci ilin aprelində yaradılmışdır.

Kafedranın professor-müəllim heyəti Heriot-Vatt universitetindən olan həmkarları ilə birlikdə – "Neft-qaz mühəndisliyi" ixtisası üzrə bakalavrların (BEng) yetişdirilməsi üzrə tədris proqramını həyata keçirirlər. 

Neft-qaz mühəndisliyi üzrə təhsil almaq istəyən tələbələrin cəbr, triqonometriya və ali riyaziyyat, eyni zamanda biologiya, kimya və fizika fənlərini öyrənmələri vacibdir.

Neft-qaz mühəndisliyi üzrə ən sadə səviyyəli işdə çalışmaq istəyən şəxslərdən bakalavr dərəcəsinə malik olması tələb olunur. Bakalavr dərəcəsi üzrə proqrama mühazirələr, laboratoriya işləri və mühəndisliyin əsasları, geologiya və termodinamika kimi sahələrdə tədris daxildir.