AZ / EN / RU
BANM-in tələbələri "II Qış Elm Festivalı"nda iştirak ediblər

Bakı Ali Neft Məktəbinin  5 tələbəsi - Şükürov Ramil, Səmədli Ayaz, Həsənov Nicat, Baxşılı Əmiraslan və Nəsirzadə Aydın cari ilin 21 dekabr tarixində  Qafqaz Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “II Qış Elm Festivalı” iştirak ediblər. 
Festivalın keçirilməsində əsas məqsəd müxtəlif universitetlərdən olan gəncləri bir araya toplamaq, elmi layihələrdə fəaliyyətlərini artırmaq, öz layihələrini nümayiş etdirmək və zəhmətlərini layiqincə qiymətləndirərək onları elmi fəaliyyətə şövq etməkdir. 
Festivalın nəticələrinə görə, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə 2-ci kurs tələbəsi Həsənov Nicat təqdim etdiyi “Accelero Car” layihəsinə görə 3-cü yerə layiq görülüb.