AZ / EN / RU
"Spaghetti körpü" müsabiqəsi

Dekabrın 26-da Xəzər universitetinin təşkilatçılığı ilə universitetin Neftçilər kampusunda “Spaghetti körpü” müsabiqəsi keçirilmişdir. Müsabiqənin məqsədi tələbələrin “Materialların gücü” və “Mühəndis mexanikası” fənləri üzrə biliklərini yoxlamaqdır. Müsabiqənin şərtlərinə görə spagetti, makaron və yapışqandan istifadə etməklə maksimal çəkisi 1 kq olan, 1 m məsafədə maksimal yükə tab gətirən körpü qurulmalı idi.  Müsabiqədə Bakı Ali Neft Məktəbini BHOS1 komandasından Mikayılov Elşən, İsmayılov Elvin, Vətəni Fərdin və BHOS2 komandasından İsmayılzadə Cəmil, Mahmudzadə Rauf və Bədəlbəyli Anar təmsil etmişdir.