AZ / EN / RU
"Bərpaolunan enerji: çağırışlar və perspektivlər"

30 iyun tarixində Ömürboyu təhsil fakültəsinin Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin fəaliyyəti çərçivəsində Bərpaolunan enerji mühəndisliyi sahəsində müasir biliklərin yayılması və mütəxəssislər arasında informasiya mübadiləsinin təşkili məqsədilə daimi fəaliyyət göstərən “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda seminar təşkil olunmuşdur. Seminar Ali Məktəbdə fəaliyyət göstərən  Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi ilə sıx əlaqədə fəaliyyət göstərəcək və Azərbaycandakı və xaricdəki müvafiq profilli elm, təhsil və istehsalat müəssisələrinin mütəxəssislərini bir araya gətirən platforma rolunu oynayacaq.