AZ / EN / RU
İngilis dili imtahanlarında yenilik

    5 ildən artıq fəaliyyət göstərməkdə olan  İngilis dili və humanitar fənlər mərkəzi İngilis dili hazırlıq proqramı çərçivəsində dilin mükəmməl tədrisi ilə yanaşı, fəaliyyətinin ilk ilindən tələbələrin praktik olaraq yüksək səviyyəli nitq mədəniyyətinə yiyələnməsini xüsusi öncəlikləri sırasına daxil etmişdir. Daima yeni metodlardan istifadə edərək təkmilləşən proqram bu il ilk dəfə olaraq hazırlıq proqramı tələbələrinə semestr yekununda ingilis dilindən şifahi imtahan yəni, “Speaking” imtahanı keçirmişdir. 

İmtahan xüsusi qiymətləndirmə kriteriyası əsasında aparılmışdır:

  • Qrammatika
  • Söz bazası
  • Tələffüz (intonasiya)
  • Nitqin dəqiqliyi və düzgünlüyü

Qeyd edilən kriteriya əsasında tələbələrin nitqi mütəxəssislərimiz tərəfindən təhlil edilmiş və obyektiv qiymətləndirmə həyata keçirilmişdir. İmtahan xüsusi avadanlıqlarla təchiz edilmiş otaqlarda səs və videogörüntü yazılması şəklində baş tutmuşdur.