AZ / EN / RU
Ən çox soruşulan suallar

1.BANM-da ingilis dili hazırlıq proqramına qoşulmaq üçün xüsusi şərtlər varmı?

Xeyr. Ali məktəbə qəbul olunduqdan sonra proqrama qoşulmaq mümkündür.

2.İngilis dilini yüksək səviyyədə bilməklə hazırlıq proqramına qoşulmaqdan imtina etmək olarmı?

Sadəcə proqramın təyin etdiyi tələblərə cavab verən İELTS və ya TOEFL sertifikatlarını İngilis dili və humanitar fənlər mərkəzinə təqdim etməklə hazırlıq proqramını oxumadan birbaşa ixtisas təhsilinə başlamaq olar.

3.Proqrama qoşulmazdan əvvəl xüsusi imtahan tələb edilirmi?

Hazırlıq mərkəzi Ali məktəbə qəbul edilmiş bütün tələbələrə tədris ili başlamazdan əvvəl ingilis dili səviyyə imtahanı keçirir. 2 hissədən ibarət test əsasında tələbələrin dil səviyyələri müəyyənləşdirilir. Test vasitəsilə tələbələrin qrammatika və söz bazası, həmçinin dinləmə bacarıqları yoxlanılır. Bununla yanaşı, tələbələrin ingilis dilində danışıq səviyyəsini müəyyənləşdirmək üçün intervyu keçirilir.

4.BANM hazırlıq proqramına təqdim edilən İELTS və TOEFL sertifikatı ilə bağlı xüsusi şərtlər varmı?

Aşağıda qeyd edilən tələblərə cavab verən sertifikatlar qəbul edilir:

  • Sertifikatın etibarlılıq müddəti (2 il) Ali məktəbə qəbulun yekunlaşdığı tarixədək qüvvədə olmalıdır. İmtahanı avqust-sentyabr aylarında vermiş tələbələr isə tədris ilinin başlanığıcına qədər sertifikatı  mərkəzə təqdim etməlidirlər.
  • İELTS üçün tələb olunan şərt minimum 6 baldır. (hər hissə minimum 5.5 bal olmaq şərti ilə, ümumi 6 bal) TOEFL üçün isə minimum 60 bal tələb olunur. (minimum göstəricilər: reading 12, listening 11, speaking 17, writing 20)
  • Azərbaycanda imtahan vermiş tələbələrdən sadəcə British Council tərəfindən verilmiş sertifikatlar qəbul edilir.

5.Hazırlıq proqramını müvəffəqiyyətlə başa vura bilməyən tələbələrin BANM-da bakalavr təhsili almaq hüququ ləğv edilirmi?

Xeyr. İELTS imtahanında uğurlu nəticə göstərməyən tələbələr növbəti il hazırlıq proqramına ödənişli əsaslarla yenidən qoşula bilərlər.