AZ / EN / RU
Magistratura

Bakı Ali Neft Məktəbi (BANM) 2017/2018-ci tədris ili üçün aşağıdakı ixtisaslar (ixtisaslaşmalar) üzrə magistraturaya qəbul elan edib.

 

          060606- Neft-qaz mühəndisliyi (Yatağın qiymətləndirilməsi və idarə olunması)

                                 060641- Kimya mühəndisliyi (Neft və qaz texnologiyası )

 

          Hər iki ixtisas (ixtisaslaşma) üzrə mütəxəssis hazırlığı ingilis dilində Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları əsasında 2 diplom layihəsi çərçivəsində həyata keçiriləcək, məzunlara sözügedən universitetin və BANM-in diplomları təqdim olunacaq.

           Dövlət İmtahan Mərkəzinin qəbulla bağlı keçirəcəyi müsabiqədə BANM-in müvafiq ixtisaslarının məzunları, digər ali məktəblərdə müvafiq ixtisaslar üzrə ingilis dilində təhsil almış bakalavrlar və xarici ölkələrinin universitetlərinin müvafiq ixtisaslarını bitirmiş mütəxəssislər iştirak edə bilərlər.

 

Bakı Ali Neft Məktəbində magistraturaya daxil olmuş bakalavrların nəzərinə

DİM «Magistr» jurnalının 2017-ci il tarixli 4-cü nömrəsini nəşr etmişdir.

Magistratura qəbul qaydaları

"Magistr" xüsusi buraxılışının 1-ci sayı nəşr edilmişdir

Magistraturaya qəbul elan edilib

Banm Magistraturaya Qəbul Elan Edir

DİM «Magistr» jurnalının 2017-ci il tarixli 3-cü nömrəsini nəşr etmişdir