AZ / EN / RU
Neftçi Mühəndislər Cəmiyyəti

Neftçi Mühəndislər Cəmiyyəti (NMC)Xəbərlər

NMC dünyanın müxtəlif regionlarında rəhbər işçilər, mühəndislər, elm adamları və digər mütəxəssislərə neft-qaz sektorunda neft və qazın axtarışı və istehsalı üzrə xidmətlər göstərən müstəqil təşkilatdır. NMC həyata keçirdiyi müxtəlif proqram və tədbirlərin köməyi ilə peşəkar inkişafa töhfə verir, qazanılmış nailiyyətlərin əksəriyyəti isə sadiq üzvlərimizin aktiv fəaliyyətindən irəli gəlir.

NMC-nin Bakı Ali Neft Məktəbi bölməsi 2013-cü ildə "NMC Azərbaycan"-ın dəstəyi ilə təsis edilmişdir.

Bu təşkilatın başlıca məqsədi neft-qaz mühəndisliyinin bütün aspektləri ilə bağlı bilik və nəzəriyyənin yayılması, tələbə üzvlərin peşəkar inkişafına töhfə verilməsi, onların bacarıqlarının inkişafı üçün müvafiq imkanların yaradılması və dünyanın müxtəlif regionlarında çalışan mütəxəssislərlə qarşılıqlı əlaqələr yaratmaqda dəstək göstərilməsidir.

 

2012-ci ildə Bakı Ali Neft Məktəbinə daxil olmuş və hal-hazırda Neft-qaz Mühəndisliyi ixtisasın  tələbəsidir. Prezident tələbə bölməsinin baş rəhbəri və idarəedicisidir. Prezident tələbə bölməsinin idarə edilməsinə və təşkilatçılıq işlərinə baxır, universitetin, tələbə üzvlərinin və cəmiyyətin ehtiyaclarını ödəyən bir effektiv qrupa çevrilməsinə görə məsuliyyət daşıyır.
Fidan Səlim-zadə (prezident) .

 

2012-ci ildə Bakı Ali Neft Məktəbinə daxil olmuş və hal-hazırda Kimya Mühəndisliyi ixtisasın tələbəsidir. Vitse-prezident prezidentə təşkilati vəzifələrin yerinə yetirilməsində köməklik göstərir.
Sənan İbrahimov (vitse-prezident) .

 

2012-ci ildə Bakı Ali Neft Məktəbinə daxil olmuş və hal-hazırda Kimya Mühəndisliyi ixtisasın tələbəsidir. Vitse-prezident prezidentə təşkilati vəzifələrin yerinə yetirilməsində köməklik göstərir.
Nicat Qasımov (vitse-prezident) .

 

2012-ci ildə Bakı Ali Neft Məktəbinə daxil olmuş və hal-hazırda Neft-qaz Mühəndisliyi kafedrasında təhsilini davam etdirir. Ictimaiyyətlə əlaqələr və mətbuat koordinatoru hal-hazırki və gələcək tədbirlər haqda informasiya verir, ictimaiyyətlə və digər təşkilatlarla əlaqə saxlayır.
Fərid Xasıyev (İctimaiyyətlə əlaqələr və mətbuat koordinatoru) .

 

2012-ci ildə Bakı Ali Neft Məktəbinə daxil olmuş və hal-hazırda Kimya Mühəndisliyi ixtisasın tələbəsidir. Xəzinədar cəmiyyətin maliyyə işlərinə baxır və fondun maliyyə uçotunun saxlanması və nəzarət edilməsi ilə bağlı məsuliyyət daşıyır.
Əhməd Qələndərov (xəzinədar) .

 

Qubkin Universitetinin tələbələri: "Biz Bakını və Azərbaycanı sevdik","Ali Məktəbin tələbələri ölkənizin gələcəyidir"

Qubkin Universitetinin tələbələri BANM-də

Qubkin Universitetinin SPE tələbə bölməsinin nümayəndələri BANM-də

BANM-in tələbələri Norveçdə keçirilən beynəlxalq yarışmada iştirak ediblər

"SPE International"ın prezidenti BANM-də olub