AZ / EN / RU
PAM 410 Ağıllı sistemlər və sensorlar (3+1+0) ECTS 5

PAM 410 Ağıllı sistemlər və sensorlar (3+1+0) ECTS 5

Süni intellektli sistemlərin xarakteristikaları. Taktil (toxunuş) sensorları və matrisləri. Taktil informasiyanın emalı. F/T sensorlar - əsas xarakteristikaları ultrasəs və optik sensorlar. Nitq sensorları, nitqin tanınması. Kompüterli görmə sistemləri. Görmə sensorları. Təsvirlərin emalı. Çoxfunksiyalı sensor sistemlər. Çoxfunksiyalı sensor sistemlər üçün Kalman süzgəclərinin və Bayes şəbəkələrinin tətbiqi.

 

PAM 410 Optimal idarəetmə  (3+1+0) ECTS 5

Optimallaşdırma məsələsinin ümumi qoyuluşu. Determinik meyara görə optimal idarəetmə, səbəb-nəticə təsirləri ilə sistemlərin optimal idarəedilməsi; Məqsəd funksiyasının sistemlərin təkölçülü və çoxölçülü optimallaşdırımasında istifadəsi; Çoxmeyarlı optimallaşdırma; Naməlum və  vaxta görə dəyişən sistemlərin idarə edilməsi; Daxili modelli idarəetmə; Gücləndirmə əmsallar cədvəli; Adaptiv texnika; Model yönümlü adaptiv sistemlər; MİT qaydası; Lyapunov teoreminə görə layihələndirmə; Robast adaptiv idarəetmə; Özüsazlanan kontrollerlər

 

PAM 410 Təsvirlərin tanınması (3+1+0) ECTS 5

Təsvirlərin tanınması nəzəriyyəsinə giriş; Tanınma prinsipləri və metodları; Diskriminant funksiyalar, xətti diskriminant funksiyalar, hasil edilmiş diskriminant funksiyalar; Obyektlərin təsnifatında istifadə edilən məsafə funksiyalar; Obyektlərin təsnifatında istifadə edilən klasterlər, Obyektlərin təsnifatında istifadə edilən ehtimal funksiyalar; Bayes təsnifatı; Tanınmanın struktur-linqvistik metodları; Formal dillər və qaydalar, struktur izah və tanınma; Təsvirlərin tanınması sistemlərində müasir metodlar: süni neyron şəbəkələri, qərar şəcərələri (ağacları), genetik alqoritmlər, Qeri-səlis məntiq;

 

PAM 410 İdarəetmə sistemlərinin komponentləri (3+1+0) ECTS 5

Tənzimləyicilərin xüsusiyyətləri; Sənaye elektron tənzimləyicilərinin elementləri və növləri; Pnevmatik və hidravlik tənzimləyicilər; İcra mexanizmləri; Tənzimləyici qurğular; Siqnalların enerji növlərinin çeviriciləri.