AZ / EN / RU
Məqsəd və Perspektivlərimiz

Məqsədimiz

Məqsədimiz müxtəlif enerji sektorları, o cümlədən neft-qaz, kimya və proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə mühəndislik, texnologiya və dizayn kimi sahələrdə peşəkar ingilis dili biliklərinə və bacarıqlara malik yeni nəsil mühəndis kadrları yetişdirmək məqsədi ilə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasıdır. Bunun üçün biz ən müasir texnologiyalar və peşəkar pedaqoji işçilərlə təmin edilmiş təhsil mühiti yaratmışıq.

Perspektivlərimiz

Çox qısa zaman müddətində BANM ən yüksək reytinqli universitetə çevrilə bilmiş və ardıcıl olaraq üç il ərzində Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hər il hazırlanan reytinq cədvəlində birinci yeri tutmuşdur. Perspektiv hədəfimiz mühəndislik sahəsində ixtisaslaşmış beynəlxalq səviyyədə tanınan ali təhsil müəssisələrindən birinə çevrilmək və istər yerli, istərsə də əcnəbi tələbələrə dünyanın aparıcı universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində təhsil verə bilməkdir.