AZ / EN / RU
Kimya laboratoriyaları

Bakı Ali Neft Məktəbində "Emal sənayeləri" fənni üzrə 2 kimya laboratoriyası fəaliyyət göstərir. Laboratoriya sovurucu ventilyasiya avadanlığı ilə təchiz edilmişdir. Laboratoriyalarda müasir cihazlardan ultrabənövşəyi spektrometr, elektrokonduktometr, hidrometr, elektron tərəzi, distillyator, pH-metr, vakuum nasos, qızdırıcı peç və s. göstərilə bilər. Laboratoriyada zəruri kimyəvi reagentlər vardır. Hal-hazırda laboratoriyada tələbələr tərəfindən 6 təcrübi işin aparılması mümkündür. Kimya labarotoriyalarında tələbələr təhlükəsizlik tədbirləri baxımından xalatla, xüsusi eynəklərlə və əlcəklərlə təmin edilirlər. Laboratoriyada tələbələr 3 və ya 4 nəfərdən ibarət olan qruplar şəklində işləyir və dərsdə öyrəndikləri bilikləri təcrübələrlə tətbiq etməyi öyrənirlər.

 

Elektron tərəzi

 

Qarışdırıcı

 

Ultrabənövşəyi spektrometr

 

Fotometr

 

pH-metr