AZ / EN / RU
Kimya mühəndisliyi nədir?

Mühəndisliyin əsas sahələrindən biri olan kimya mühəndisliyi xam maddələri gündəlik, faydalı məhsullara çevirməklə maraqlanır. Geyim əşyalarımız, istifadə etdiyimiz qida məhsulları və hətta istifadə etdiyimiz enerji kimya mühəndisliyindən asılıdır. Kimya mühəndisləri bütün bu məhsulları əldə etmək üçün prosesləri işləyərkən eyni zamanda dünya resurslarının idarə edilməsi, ətraf mühitin qorunması, sağlamlıq və təhlükəsizlik standartlarının təmin olunmasına yardım edir.

 

Kimya mühəndisləri nə ilə məşğul olur?

Kimya mühəndisləri dərman, yanacaq, qida və bir çox digər məhsulların istehsalı və istifadəsi zamanı yaranan problemlərin həll etmək üçün kimya, biologiya, fizika və riyaziyyatın əsas prinsiplərindən istifadə edir. Onlar böyük miqyaslı istehsal üçün proses və avadanlıq dizayn edir, istehsal yolları və yan məhsulların emalını, birbaşa təsis əməliyyatlarını planlaşdırır və sınaqdan keçirir.

 

 

  1. Tətbiqi kimya: Kimya mühəndisliyi əsas etibari ilə tətbiqi kimyadır. Mühəndisliyin bir qolu olub, dizayn, tikinti və real problemləri həll etmək və ya faydalı məhsullar əldə etmək üçün aparılan kimyəvi reaksiyaların aparıldığı maşın və avadanlıqların işlədilməsi ilə məşğul olur.

 

  1. Arzuolunan meyarların maksimallaşdırılması və arzuolunmazların minimallaşdırılması ilə verilən məhdudiyyətləri nəzərə alaraq ən qənaətli və yararlı yolun tapılması.

 

  1. Prosesə nəzarət: Burada, müxtəlif sensor və digər qurğulardan avtomatik olaraq əldə olunan məlumat zavodun işlədilməsi müddətində avadanlığa nəzarət edilməsi üçün istifadə olunur. Belə məlumat siqnallarını əldə edən və onları avtomatik funksiyaları yerinə yetirmək üçün göndərən  alətlər proses idarəediciləri adlanır.

 

 

Kimya mühəndisləri üçün vacib keyfiyyətlər

Analitik bacarıqlar: Kimya mühəndisləri yalnız planlı işləməyə köklənməməlidirlər. Onlar düzgün suallar qoymaq və düzgün cavablar tapmaq bacarıqlarına malik olmalıdırlar.

 

Yaradıcılıq: Kimya mühəndisləri mühəndislik prinsiplərinin tətbiqinin yeni yolarını aşkara çıxartmağı bacarmalıdırlar. Onlar yeni məmulatlar, təkmilləşdirilmiş texnikalar və kimya və biotibbi mühəndislik sahəsində yeni tətbiqləri kəşf etmək üçün çalışırlar.

Şəxsi keyfiyyətlər: Onların rolu elmi prinsiplərin sənayedə tətbiqi olduğundan, kimya mühəndisləri istehsal prosesinə cəlb olunmuş digər işçilərlə yaxşı münasibət qurmağı bacarmalıdırlar.

 

Riyazi biliklər: Kimya mühəndisləri kalkulus və digər təkmilləşmiş mövzulara dair prinsipləri analiz, dizayn və məsələ həllində istifadə edirlər.

 

Problem həlletmə bacarığı: İstehsalat üçün avadanlıqların və prosesin dizaynı zamanı bu mühəndislər işçinin təhlükəsizliyi və ətraf mühitin qorunması ilə bağlı məsələləri nəzərə alaraq ola biləcək problemləri aşkara çıxartmağı bacarmalıdırlar.