AZ / EN / RU
Nə üçün Kimya Mühəndisliyi?
  1. Kimya mühəndisliyi peşəkarlığa qapı açır.
    Kimya mühəndislərinin sahib olduqları və istifadə etdikləri bir çox bacarıqlar peşəkarlığa, şəxsi inkişafa və digər imkanlara qapı açır. Kimya mühəndisləri necə analiz etməyi, məsələləri həll etməyi, komandada işləməyi, ünsiyyət qurmağı öyrənirlər. Kimya mühəndisliyi hər zaman öyrənməyə və səyahətə imkanlar təklif edir.

 

  1. Kimya mühəndisləri fərq yaradırlar
    Kimya mühəndisləri dünyada baş verən problemlərə köklənirlər. Onlar işlək vəziyyətini itirmiş avadanlıqları bərpa edir və yeni kəşflərə imza atırlar. Kimya mühəndisləri tullantı,yeni enerji mənbələrinin tapılması, yeni dərman preparatlarının hazırlanması və yeni modellərin yaradılması ilə bağlı problemləri həll edərək dünyanı daha parlaq bir gələcəyə sövq edir. 

 

  1. Kimya mühəndisləri məmnundurlar
    Kimya mühəndislərinin yüksək iş məmnunluqları vardır. Bu bir çox səbəblərlə bağlıdır, belə ki dəyişə bilən cədvəllər, faydalar, yüksək gəlir, yaxşı iş təhlükəsizliyi və komandada işləmək.

 

  1. Kimya mühəndislərinə tələbat var.
    Kimya mühəndisləri dünya üzərindəki hər ölkədə yüksək tələbat içindədirlər. Bu o deməkdir ki, sizin tədris müəssisəsini bitirən kimi dərhal iş əldə etmək imkanınız var. Bu bir faktdır ki, kimya mühəndisləri digər ixtisaslarla müqayisədə ən az işsizlikdən əziyyət çəkirlər.

 

  1. Kimya mühəndisləri vacib bacarıqlar əldə edirlər
    Onlar yaradıcı, problem həll edən, qrup işçiləri, ömürboyu təhsil alan, mütəşəkkil, yeniliklərlə maraqlanan, kompyuter bilikleri olan, lider, təfərrüat yönümlü, təzyiq altında soyuqqanlıdırlar.

 

İş imkanları

Kimya mühəndisləri laboratoriyalarda, zavod və idarələrdə çalışırlar. Elmi tədqiqat, layihələndirrmə, istehslat, optimallaşdırma, tədris və məsləhətçi kimi iş imkanları mövcuddur. Kimya mühəndisləri kimya sənayesi, biotexnologiya, qida və dərman, ətraf mühit, sağlamlıq və təhlükəsizlik, yanacaq və enerji, proses layihələndirmə kimi əsas karyera istiqamətlərini seçə bilərlər.

 

İstehsalat mühəndisliyi idarə etmə elmi ilə emal texnologiyasının birgə vəhdətidir. İstehsalat mühəndisinin səciyyəvi olaraq geniş mühəndislik təcrübəsi var və istehsalat ilə bağlı çətinliklərdən xəbərdardır. Məqsəd istehsal prosesini ən rahat, düşünülmüş və iqtisadi yolla bitirməkdir.

 

Qazma mayesi mühəndisi neft və yaxud qaz quyuları qazma prosesində iştirak edir və qazma mayesi (dizayn xüsusiyyətlərini nəzərə alaraq qazma palçığı da adlanır) xassələrinin yoxlanılmasından məsuliyyət daşıyır.

 

Polimer mühəndisliyi ümumi olaraq mühəndisliyin bir sahəsidir hansı ki polimer materiallarının dizaynı, analizi və quruluşunun dəyişdirilməsi ilə məşğul olur. Bu smühəndislik sahəsi neft-kimya sənayesi, polimerləşmə, polimerlərin quruluş və xassələri, polimerlərin birləşdirilməsi və emalı,eyni zamanda bir çox polimerlərin quruluş xassələri və tətbiqinin aspektlərini özündə cəmləşdirir.

 

Stasionar mühəndis istilik, işıq, klimat kontrol və güc təmin edən ağır maşın və avadanlıqları işlədən bir peşə sahəsidir. Bu mühəndislər bir çox sahələrdə, belə ki mexaniki, istilik, kimyəvi,elektrik, metallurgiya, kompüter və geniş təhlükəsizlik bacarıqları sahələrində öyrədilirlər. Onlar səciyyəvi olaraq fabrik, ofis, xəstəxana, anbar, elektrik enerji istehsal edən zavodlar, sənaye qurğuları, yaşayış və kommersiya binalarında işləyirlər.

 

Korroziya mühəndisi korroziya kimi bilinən təbii fenomenə nəzarət etmək üçün elmi bilik, təbiət qanunları və fiziki mənbələrin tətbiq olunması ilə material, quruluş, qurğu, sistem və proseslərin dizaynı və həyata keçirilməyi ilə məşğul olan bir mütəxəssisdir.

 

 

Kimya mühəndislərinin böyük məzun perspektivləri var

Yuxarıda deyildiyi kimi, kimya mühəndisliyi hal-hazırda dünyanın ən çox işlə təmin olunan ixtisaslarından biridir. 2016-cı ilin statistikasına əsasən məzunların 90%-nin işlə təmin olunması yalnız laboratoriyada işləməklə deyil, həmçinin sahə fəalliyyəti və elmi menecement vasitəsi ilə mümkün olmuşdur. Kimya mühəndisliyi oxumağı arzulayaraq bir çox iş imkanları əldə edə bilərsiz. Baxmayaraq ki, enerji, su, qida və əczaçılıq sahəsində genis karyera imkanları var, məzun olmuş biri üçün səciyyəvi bir ilk iş yoxdur. Universitedə qazanılmış bacarıqlar, hansı ki layihənin idarə olunması və proses axınının mənimsənilməsi, tələbələi mühəndislik dünyasında yüksək tələbat olunanlardan edir və maliyyə sahəsində çalışan bir kimya mühəndisi görmək heç də qeyri-adi bir hal deyil. Sənayedə öz karyeralarına başlayan kimya mühəndisləri başlanğıc olaraq gənc proses mühəndisi olaraq çalışırlar. Məzunların gündəlik vəzifələrinə istehsal prosesinin inkişaf etdirilməsi, zavodun dizaynı, risklərin analizi və simulyasiya alətlərindən istifadə edilməsi daxildir. Qazanılmış bir qədər təcrübə ilə siz layihənin idarə olunması, risklərin qiymətləndirilməsi və ya məsləhət və bir çox sahələrdə vəzifələrə yüksələ, eyni zamanda təhlükəsizlik və ətraf mühitin təmizlənməsi kimi xüsusi sahələrdə mütəxəssis ola bilərsiniz.