AZ / EN / RU
Qiymətləndirmə sistemi

Bakı Ali Neft Məktəbində bakalavr pilləsində təhsil alan tələbələrin tədrislə bağlı nailiyyətlərinin qiymətləndirilməsi bütün fənlər üçün 100 ballı sistem əsasında həyata keçirilir:

​Qiymət, ball %

​Hərflə göstərilən qiymət

Mənası

​Təsviri

91 - 100

​A  

Əla

​Tələbənin son dərəcədə yüksək biliyə malik olduğunu, fənlə bağlı qabaqcıl anlaşmanın və tələbənin fənn materialların və məlumatın istifadəsində peşəkar olduğunu göstərir.

​81 - 90

​B

Çox yaxşı

​Tələbə işinin keyfiyyəti yaxşıdan çox yaxşıyadək təqdim oluna bilər. Qiymət tələbənin müvafiq anlayışların istifadəsində bacarıqlı olduğunu, fənlə bağlı yaxşı anlayışın əldə edilməsini və tələbənin fənn materialların istifadəsində və problemlərin həllində özünə inamlı olduğunu göstərir.

​71 - 80

​C

Yaxşı

​Bu qiymət tələbənin fənlə bağlı anlayışının qənaətbəxş, iştirakının və əldə etdiyi biliklərin orta səviyyədə olduğunu, fənn materiallarının istifadəsində və problemlərin həllində nisbətən bacarıqlı olduğunu göstərir.

​61 - 70

​D

Kafi

Tədris olunan fənn üzrə biliklərinin minimum səviyyədə olduğuna və nisbətən sadə problemlərin həllində məhdud keyfiyyətə malik olduğuna görə verilir.

​​<61

​F

​​ Qeyri-kafi

​İştirakına və verilən qiymətə əsasən tələbə anlayışların mənimsənilməsində və fənlə bağlı çalışmalarda minimal nəticəni göstərə bilməyib.